Ərdəbilli məktəblilər milli şüarlar səsləndirib – VİDEO

Ərdəbilli məktəblilər milli şüarlar səsləndirib – VİDEO

GünAz TV: “Ərdəbil məktəbləri arasında idman yarışları” çərçivəsində keçirilən yarışlarda məktəblilər milli şüarlar səsləndirir.

 

Noyabrın 11-dən başlayan yarışlara Ərdəbilin “17 Şəhrivər” məktəbi ev sahibliyi edir. Ərdəbilli məktəblilər müxtəlif idman növləri üzrə yarışlar keçirəcək.

 

İran rejimi 25 il əvvəl Azərbaycan sözünü Ərdəbil Əyalətinin üzərindən götürdüyü zaman bu sözün unudulacağını zənn edirdi, lakin “Azərbaycan” sözü hər bir ərdəbilli, o cümlədən məktəblilərin dilindən düşmür. Bu gün Ərdəbildə məktəblər arasında keçirilən yarışlarda səsləndirilən şüarların əksəriyyətində “Azərbaycan” sözü vardır.

 

Ərdəbil və digər Azərbaycan əyalətlərinin əhalisi “Azərbaycan” sözünün Ərdəbil əyalətinə rəsmi şəkildə qaytarılmasını hər zaman tələb ediblər.

 

Video:

https://www.youtube.com/watch?time_continue=17&v=OAlGLnT54xs

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN