Ərk Cəmiyyəti İranda son aksiyalar zamanı öldürülən, yaralanan və saxlanılan etirazçılar barədə BMT-yə üçüncü hesabatını təqdim edib

2019-12-08 20:22

GünAz TV: Ərk- Azərbaycab İnsan Hüquqları Cəmiyyəti İranda noyabrda benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar zamanı öldürülən, yaralanan, eləcə də saxlanılan etirazçılar barədə BMT və insan hüquqları  qurumlarına üçüncü hesabatını təqdim edib.

 

Cəmiyyət bu barədə məlumat yayaraq İranda etirazlarla bağlı bütün hadisələri diqqətlə izlədiyini vurğulayıb:

“Aksiyalar zamanı qətlə yetirilən, yaralanan və saxlanılan etirazçıların kimliyi barədə məlumat ardıcıl olaraq Birləşmiş Millətlər Təşkilatına çatdırılır. Artıq üçüncü hesabat BMT-nin baş katibi, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, eləcə də Beynəlxalq Əfv Təşkilatına təqdim olunub.”

 

Azərbayan İnsan Hüquqları Cəmiyyəti bir çox güney azərbaycanlı milli fəalın küçələrdə deyil, iş yerləri və ya evlərində saxlandığını bildirib.

“Etirazlar zamanı çox sayda insan saxlanılıb. Gün keçdikcə yeni xəbərlər gəlir və saxlanılanların siyahısı daha da böyüyür. Ailələr əzizlərinin harada saxlandığından xəbərsizdir. Onlar həbsxana, Ettelaat İdarəsi və “Sepah” Bölmələrinə müraciət etdikləri zaman təhdidlə üzləşir, bəzi hallarda isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılırlar.

Son vaxtlar ailələr əzizlərinin edam olunacağı ilə təhdid edilir. Biz BMT və Beynəlxalq Əfv Təşkilatına bir çox azərbaycanlı fəalın küçələrdə deyil, iş yerində və ya öz evlərində saxlandığını açıq şəkildə bildirmişik. Xatırlatmaq lazımdır ki, azərbaycanlı mədəni fəallar mədəni sahədə və dinc şəkildə fəaliyyət göstərir.”- deyə mətndə qeyd olunub.

 

Azərbayan İnsan Hüquqları Cəmiyyəti yaydığı mətnin sonunda aksiyalar zamanı öldürülən və ya saxlanılan etirazçıların ailə üzvlərinə müraciət ünvanlayıb.

“Ailələr əzizlərinin təcridxanalarda amansızcasına işgəncə edilməsinə icazə verməməlidir. Onlar nə qədər səssiz qalsalar, əzizləri bir o qədər çox təhlükə ilə üzləşəcək. Ailələr bu istiqamətdə Ərk Cəmiyyəti ilə əlaqə saxlayaraq öldürülən və ya saxlanılan əzizləri barədə məlumat verə bilərlər. Onlar həmçinin Cəmiyyətin vasitəsi ilə Beynəlxalq Əfv Təşkilatı ilə əlaqə yaradıb rejimin cinayətlərinin ifşa edilməsi istiqamətində önəmli addımlar ata bilər. Hiss olunur ki, Ettelaat İdarəsi saxlanılanlara dosye quraşdırmaq üçün onları cismi və ruhi işgəncələrə məruz qoyaraq öz əleyhinə ifadə verməyə məcbur edir.”- deyə bildirilib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

GünazTV Juluy.10.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-11

gun az article

GünazTV July.10.2020-QADINCA: Milli hərəkatını mübariz simvolu Abbas Lisaninin 15 illik həbsi

2020-07-11

gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10

gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09