Ərtoğrul Sağlam Güney Azərbaycan və “Traxtur” haqda bu sözləri dedi – VİDEO

2018-05-18 11:09

GünAz TV: Bildiyiniz kimi, “Traxtur”un keçmiş baş məşqçisi Ərtoğrul Sağlam qısa müddət çalışdırdığı komanda və Güney Azərbaycan haqda xoş təəssüratını dəfərlərcə Türkiyə mətbuatına bildirib.

 

O bu dəfə çərşənbə günü, mayın 16-da Türkiyənin “bein sports” telekanalında “Traxtur” komandasında fəaliyyəti və Təbrizdəki müşahidələrindən danışıb.

 

““Traxtur” super liqa oyunlarında böhran içində idi. Klub rəhbərliyi mənə müraciət etdi və məndən komandaya baş məşqçi olmağımı istədilər. Onlar bildirdi ki, azərbaycanlılar məni “Traxtur”da görmək istəyir. Mən də türk kimliyinə olan hörmətim və milli hisslərimə görə bu təkliflə razılaşdım və son yarım mövsümdə “Traxtur”a baş məşqçilik etdim”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

 

Ə.Sağlam Güney Azərbaycan və İran coğrafiyasında yaşayan digər türk tayfaları ilə bağlı da danışıb.

 

“Təbriz gözəl bir şəhərdir, onun 2.5 milyon nəfər əhalisi var. Bu əhalinin 99 faizi Azərbaycan türkləridir. Onlar hamısı türkcə danışır və Türkiyəyə xüsusi məhəbbət və hörmət bəsləyirlər. İranda ümumiyyətlə azərbaycanlılar və digər türk tayfalarından ibarət 30 milyon türk yaşayır. Mən bu məsələni Təbrizə gedəndən sonra bildim. Və özümdən utandım ki, mən nə üçün bu məsələni bu günə qədər bilmirdim!”- deyə baş məşqçi əlavə edib.

 

Aşağıdakı videoda Ərtoğrul Sağlamın televiziya verilişindəki çıxışını olduğu kimi izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=X2O42gZcJuY

 

Ə.Sağlam ötən super liqa yarışlarının son 10 görüşündə “Traxtur”a baş məşqçilik edib. Klub bir çox problemdən dolayı böhran içində olduğu üçün onun dövründə də ciddi nəticə əldə edilməyib. Buna baxmayaraq “Traxtur” tərəfdarları Ə.Sağlamın komandada qalmasını istəyirdilər.

 

Ə.Sağlam ötən günlərdə “Kayserispor” klubu ilə 3 illik müqavilə bağlayaraq bu klubda rəsmən fəaliyyətə başlayıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17