Əsgər Əkbərzadə və Səid Mətinpurun Əziz Purvəlinin dəfn mərasimində etdiyi çıxışın VİDEOSU

Əsgər Əkbərzadə və Səid Mətinpurun Əziz Purvəlinin dəfn mərasimində etdiyi çıxışın VİDEOSU

GünAz TV: Cümə günü, mayın 24-də Təbrizdə tanınmış azərbaycanlı fəal mərhum Əziz Purvəlinin dəfn mərasimi keçirilib.

 

Mərasimdə bir neçə azərbaycanlı fəal, o cümlədən Əsgər Əkbərzadə və Səid Mətinpur çıxış ediblər.

 

Əsgər Əkbərzadə 2006-cı il may hadisələrinə (Milli Qiyam) işarə edərək Azərbaycan Milli Hərəkatının İranda mərkəzçi cərəyanlardan fərqli olduğunu diqqətə çatdırıb.

 

O çıxışında mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) xatirəsini də böyük hörmətlə yad edib, milli fəalların itirilməsinin olduqca böyük hadisə olduğunu, buna baxmayaraq Milli Hərəkat yolunu davam etdirəcəyini diqqətə çatdırıb.

 

Əsgər Əkbərzadə hazırda Ərdəbil zindanında saxlanılan tanınmış azərbaycanlı fəal Abbas Lisani və digər ərdəbilli fəalların başsağlığı mesajını da çatdırıb. O bildirib ki, Abbas Lisani zindandan telefon əlaqəsi saxlayaraq Əziz Purvəlinin vəfatı münasibəti ilə Purvəli ailəsi, milli fəallar və Azərbatcan millətinə başsağlığı verib.

 

https://www.youtube.com/watch?time_continue=48&v=-wPrSQcuLEk

 

Mərasimdə çıxış edən tanınmış fəal Səid Mətinpur isə qocaman fəalların təcrübəsindən istifadə etməyin əhəmiyyətinə toxunub. O mərhum Əziz Purvəlinin həyatdaykən etdiyi mədəni fəaliyyətləri yüksək qiymətləndirərək onun vəfatı ilə bağlı ailəsi və Azərbaycan millətinə başsağlığı verib.

 

Milli Hərəkatın birinci nəslinin bir çox problemlə üzləşdiyini deyən Səid Mətinpur onların təcrübələrindən istifadə etməyin önəmli olduğunu bildirib. O “hələ sıfır nöqtəsindəyik, biz birinci nəslin təcrübələrindən faydalanmalıyıq, ümid edirəm yeni nəsil buna riayət edəcək.”- deyə çıxışının bir hissəsində qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=36&v=t6yge6VzPX8

 

Azərbaycan Milli Hərəkatının zəncanlı fəalı Səid Mətinpur ictimai-mədəni fəaliyyətlərinə görə 7 ildən çox Tehranın Evin zindanında məhbus həyatı yaşayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN