Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib

Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib

GünAz TV: Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib.

 

Məlumata görə, əslən Ərdəbil Əyalətinin Parsabad şəhərindən olan 13 yaşlı Əmir Rza Abdullahi Tehranın İslamşəhr məhəlləsində keçirilən aksiyalarda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. Azərbaycanlı yeniyetmə ailəsi ilə birlikdə öldürüldüyü məhəllənin sakini olub.

 

Əmir Rza Abdullahinin cənazəsi qətlə yetirildikdən 3 gün sonra ailəsinə təhvil verilib. Təhlükəsizlik qüvvələri Abdullahi ailəsinə xəbərdarlıq ediblər ki, övladlarının öldürüldüyü ilə bağlı hər hansı məlumat yayılmamalıdır.

 

Bundan əvvəl xəbər verdiyimiz kimi, Zəncanda keçirilən aksiyalarda Əmir Hüseyn Abbasi, Ərdəbildə Seyid Əli Fətuhi Kuhsare və Təbrizdə Əli Hüseyninin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü məlum olub. Həmçinin əslən Qərbi Azərbaycan Əyalətinin tikantəpə şəhərindən olan 20 yaşlı Hadi Qurbani Tehranın Nəsimşəhr məhəlləsində keçirilən kütləvi etirazlarda təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

 

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri qətlə yetirilib, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN