Etirazlar zamanı öldürülən güney azərbaycanlı Kamal Fərəcinin anasından ürəkparçalayan sözlər - VİDEO

Etirazlar zamanı öldürülən güney azərbaycanlı Kamal Fərəcinin anasından ürəkparçalayan sözlər - VİDEO

GünAz TV: İran və Güney Azərbaycanda bahalığa qarşı noyabr ayında keçirilən etiraz aksiyaları zamanı çox sayda güney azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

 

Kamal Fərəci Tehran etirazlarında öldürülən soydaşlarımız arasındadır.

 

Noyabrın 17-də İranın güc strukturları tərəfindən açılan atəşlə qətlə yetirilmiş Kamal Fərəcinin 41 yaşı olub, o 3 uşağın atasıdır. Mərhumun anasının sözlərinə görə, heç bir gəlir mənbəyi olmayan Fərəci ailəsi artıq ev kirasını belə ödəyə bilmir.

 

Bu barədə Kamalın anasına aid bir video paylaşılıb. Oğlu amansızcasına qətlə yetirilən ana rejimə etiraz etməklə yanaşı ürəkparçalayan sözlərlə fəryad edir.

 

https://www.youtube.com/watch?time_continue=5&v=n8U-tBhYwHw&feature=emb_logo

 

Məlumata görə, rejimin təhlükəsizlik qüvvələri Kamal Fərəcinin sinəsinə güllə açaraq onu qətlə yetiriblər.

 

Mərhum Kamal Tehrana yaxın İslamşəhr şəhərində yaşayıb, o dülgər yanında işləyib.

 

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri İranın güc strukturları tərəfindən qətlə yetirilib, lakin onlardan bu günədək yalnız 17-nin kimliyini müəyyənləşdirmək mümkün olub:

1-  Əmir Hüseyn Abbasi (Zəncanda öldürülüb)

2- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)

3- Əli Hüseyni (Təbrizdə öldürülüb)

4- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)

5- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)

6- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)

7- Mehran Zahidi (əslən Kəleybərin Paltlı kəndindən olan 17 yaşı yeniyetmə Tehranın Nəsirabad məhəlləsində keçirilən etirazlarda öldürülüb)

8- Məhəmməd Tağı Əlilu (Xoy şəhərinin Yuxarı Vişlə kəndindəndir, o Tehranda keçirilən etiraz aksiyasında öldürülüb)

9- Ramin Ləmse (Şəbistərli soydaşımız Tehranda keçirilən aksiyada öldürülüb)

10- Hüseyn Sultani (Ərak şəhərindəndir, o Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

11- Cavid Mirzayi (əslən Miyanalıdır, o Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

12- İsmayıl Şucayi (əslən Sarab şəhərindəndir. O Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

13- Behzad Səfərzadə (əslən Ərdəbil Əyalətinin Germi məntəqəsindəndir, o Kərəc şəhərində keçirilən aksiyada öldürülüb)

14- Həsən Əlizadə (əslən ərdəbillidir. O Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

15- Əli Frutən Ləgəran (əslən Meşkinşəhr (Xiyav) şəhərindəndir. O Tehranda keçirilən etirazlar zamanı öldürülüb)

16- Siyamək Nəvidi Bildaşi (Ərdəbil Əyalətinin Germi şəhərindəndir. Kiyanşəhrdə keçirilən etirazlar zamanı öldürülüb)

17- Kamal Fərəci (Azərbaycan türküdür. İslamşəhrdə keçirilən etiraz aksiyası zamanı öldürülüb)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN