Etirazlardan sonra Rəştin Şirinsu bulağının tarixi adı geri qaytarılıb

Etirazlardan sonra Rəştin Şirinsu bulağının tarixi adı geri qaytarılıb

GünAz TV: Güney Azərbaycan əhalisinin etirazlarından sonra Rəşt Bələdiyyəsi və Şəhər Şurasının məsulları Şirinsu çeşməsinin tarixi adını geri qaytarmağa məcbur olublar.

 

Həmin qurumların rəsmiləri yanvar ayında türk düşmənçiliyi səbəbindən və şəhərdən türk izini silmək məqsədilə Şəhər Şurasının "adlarda xarici mənşəli sözlərin istifadəsinin qadağan edilməsi" ilə bağlı qəbul etdiyi qərarı bəhanə edərək, bulağın adını "ramazan əməliyyatının gilanlı şəhidlərinin xatirəsinə bulaq" olaraq dəyişmişdilər.

 

 

Bu irqçi və türk düşmənçiliyi istiqamətində atılmış addım istər Güney Azərbaycan, istərsə də Rəşt türklərinin qəzəbinə və etirazlarına səbəb olmuşdu.

 

Bundan sonra Bələdiyyə məsulları yenidən bulağın üzərində onun tarixi adı həkk olunmuş taplonu asmağa məcbur olublar.

 

 

Rəştin türk əhalisinin tarixi məkanlarından olan Şirinsu çeşməsi Talibi küçəsi ilə üzbəüz Atifi küçəsində yerləşir. Bulaq illər öncə Rəştirin türk xeyriyyəçiləri tərəfindən tikilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN