Fars irqçilərindən biri türklərin ünvanına ağır təhqiramiz ifadələr işlədib – VİDEO

Fars irqçilərindən biri türklərin ünvanına ağır təhqiramiz ifadələr işlədib – VİDEO

GünAz TV: Son günlərdə sosial şəbəkələrdə Ümid Dana (Şərifi) adlı bir fars irqçisinin videosu yayılıb, o videoda türklərin ünvanına ağır təhqiramiz ifadələr işlədib.

 

Məşhur irqçinin bu hərəkəti azərbaycanlı internet istifadəçilərinin kəskin etirazına səbəb olub.

 

Ü.Dana Təbriz Universitetində türk dili və ədəbiyyatının tədris olunmasına qarşı çıxaraq bu fənni seçən öyrənciləri aşağılamağa çalışıb. Türklərə qarşı nifrətini heç bir şəkildə gizlədə bilməyən irqçi şəxs, öyrəncilər haqda fars dilində “rəs” və “qəlladə” (qoyun və itlərin sayını göstərən nümerativ sözlərdir) kimi təhqiramiz sözlərdən istifadə edib. O Təbriz Universitetinin türk dili və ədəbiyyatı qrupunun rəisi Əhməd Fərşbafiyanı isə “uzunqulaq” adlandırıb.

 

Psixopat ruhlu insan təsiri qoyan Ü.Dana ana dilində təhsil tələb edənləri bölücü, qeyri-iranlı və sağlam olmayan şəxslər kimi qələmə verib. O Təbriz Universitetində türk dili və ədəbiyyatının tədris olunmasını fars millətçiliyinin məğlubiyyəti kimi qiymətləndirib, onu anti-milli və etnik irticası kimi xarakterizə edib.

 

https://www.youtube.com/watch?time_continue=1&v=AxTXTDB2m6Y

 

Sözügedən şəxs İranda qeyri-fars dillərinin tədris olunmasını fars dilinin zəiflənməsi ilə nəticələnəcəyini deyib. O bildirib ki, fars dili zəifləyəcəyi təqdirdə böyük İran İmperiyasına çatmaq mümkün olmayacaq.

 

Ümid Dana kimi tanınan Ümid Şərifi təxminən 8 il əvvəl İsveçə sığınıb. O internetdə “Rudəst” adlı proqram açıb, bu vasitə ilə fars dili, fars imperiyası, qədim İran, İrandakı millətlər və s. kimi irqçi mövzular haqda çıxış edir. Bəziləri onun İranın Kəşfiyyat Orqanına bağlı olduğuna inanır. İstənilən halda onun düşüncələri İrandakı şovinizm cərəyanını göz önündə canlandırır.

 

Bənzər təhqirlərə Azərbaycanın “Traxtur” futbol komandasının görüşlərində davam olaraq rast gəlinir. Fars komandaları, xüsusi ilə də “İstiqlal” və “Perspolis” komandalarının tərəfdarları stadionlarda planlı şəkildə türklərin ünvanına təhqiramiz söyüş və şüarlar səsləndirirlər. “Ölüm olsun türkə” şüarı da irqçilərin Azərbaycana qarşı vaxtaşırı işlətdiyi şüarlardan biridir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN