Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar

Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar

GünAz TV: Bir qrup güney azərbaycanlı milli-mədəni fəal Savalan dağına çıxaraq güneyli siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

 

Təbriz şəhərindən olan gənclər bu məqsədlə iyulun 12-də Savalan dağına çıxıb. Güney azərbaycanlı siyasi məhbusların həsb edilməsini pisləyən gənclər türk və fars dillərində “Mən Lisaniyəm” və “Azərbaycanın siyasi məhbuslarına azadlıq” yazılmış banner nümayiş etdiriblər.

 

İranda son vaxtlar güney azərbaycanlı fəallara təzyiqlər artıb. Yüzlərlə fəal təhlükəsizlik orqanlarına çağırılıb, saxlanılıb, işgəncə edilib və ya məhkəmə qarşısına çıxarılıb.

 

Bu vəziyyətə etiraz olaraq güneyli fəallar ötən günlərdə internetdə kampaniya keçirərək türk milli-mədəni fəalların əleyhinə uydurma dosye təşkil edilməsini kəskin pisləyib, onlar və qeyri-fars millətlərinə mənsub digər fəalların azadlığa buraxılmasını tələb ediblər. Kampaniya iştirakçıları İran dövlətindən bu istiqamətdə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsini və ölkədə apartheydın aradan qaldırılmasını da tələb edib.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN