“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO

“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO

GünAz TV: Türkiyənin “Fənərbağça” futbol komandasının fanatları Güney Azərbaycanın “Traxtur” komandasına dəstək nümayiş etdirib.

 

Komanda fanatları gur səslə “Traxtur” adını dilə gətirərək andolu və Azərbaycan türklərinin bir-birinə arxa-dayaq olduqlarını bir daha nümayiş etdiriblər. Onlar öz sevimli komandalarını təşviq etdikdən sonra Azərbaycan komandasına dəstək verib.

 

https://www.youtube.com/watch?time_continue=52&v=IM-e4gvTbeU&feature=emb_logo

 

Hazırda Türkiyə kuboku və super liqa yarışlarında oynayan “Fənərbağça” Türkiyənin ən tanınmış klublarından biridir.

 

Xatırladaq ki, noyabrın 1-də Təbrizin Səhənd stadionunda keçirilmiş "Traxtur" ilə Tehranın "İstiqlal" komandaları arasındakı görüş zamanı "Traxtur”un fanatları olan 80 mindən çox Güney Azərbaycan türki Türkiyə ordusuna hərbi salam vermişdi. Onlar bununla Türkiyə ordusunun Suriyanın Şimalında PKK və PYD terror təşkilatlarına qarşı apardığı anti- terror əməliyyatına dəstək nümayiş etdirmişdir. Bu hadisə dünya, eləcə də Türkiyə mediasında geniş şəkildə işıqlandırılmışdı.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN