"Frans 24" saytı: Urmu gölü böhranı dünyanın ən pis ekoloji fəlakətlərindən biridir

GünAz TV: "Frans 24" agentliyi Güney Azərbaycanın qurumaqda olan Urmu gölünə işarə edərək göldə yaşanan böhranı son onilliklərdə dünyanın ən pis ekoloji fəlakətlərindən biri adlandırıb.

 

Məşhur xəbər agentliyinin raportunda qeyd olunub ki, çürümüş və saya oturmuş gəmilər və pedallı qayıqlar Yaxın Şərqin ən böyük göllərindən olan Urmu gölündə suyun kəskin azaldığını göstərir.

 

“Urmu gölü İran coğrafiyasının şimal-qərbində dağların əhatəsində yerləşir. Bu gölün suyu 13 çay tərəfindən təmin olunub. 1971-ci ildə Ramsər şəhərində imzalanan  BMT-nin beynəlxalq gölməçələrlə bağlı konvensiyasına əsasən Urmu gölü beynəlxalq əhəmiyyət daşıyır”- deyə məlumatın bir hissəsində qeyd olunub.

 

Raportda həmçinin əlavə olunub ki, Urmu gölü 1995-ci ildən qurumağa başlayıb. Böhran, gölün suyunu təmin edən çayların üzərində bəndlərin tikilməsi, uzunmüddətli quraqlıq və əkinçiliyin genişləndirilməsi nəticəsində baş verib.

 

Məlumatda göldə və onun ətraf ərazilərində yaşayan canlıların həyatının təhdid altında olduğu da xüsusi qeyd olunub. Bildirilib ki, vəhşi həyatı təhdid edən əsas məsələ göldə suyun həddindən artıq şorlaşması və gölün getdikcə quruluğa çevrilməsidir.

 

Mətni ingilis dilində oxumaq üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN