Futbol Federasiyası təkzib etdi: ““Traxtur” klubuna köynək satmamışıq”

Futbol Federasiyası təkzib etdi: ““Traxtur” klubuna köynək satmamışıq”

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu 19-cü super liqa yarışlarında çıxış edəcəyi köynək və loqosunun təqdimat mərasimini keçirdikdən sonra bəzi mətbuat orqanlarında komandanın köynəyi ilə bağlı şayiələr yayılıb.

 

Mərasimdə Azərbaycan klubunun dünya şöhrətli idman brendi “Adidas” şirkəti ilə müqavilə bağladığı və tanınmış şirkətin hazırladığı köynəkdən istifadə edəcəyi məlum oldu. Bundan sonra “Traxtur” köynəyi və üzərindəki görüntünün İranın milli komandasının köynəyinə oxşar olduğu üçün bir sıra kütləvi informasiya vasitələri həmin köynəyin İran Futbol Federasiyası tərəfindən “Traxtur” klubuna  hədiyyə edildiyini və ya satıldığını iddia etdilər. Bu məsələ bir çoxlarının, o cümlədən “Traxtur” tərəfdarlarının xüsusi diqqətini çəkdi.

 

Lakin Futbol Federasiyası yaydığı bir bəyanatla bütün şübhələrə son qoydu. Bildirildi ki, “İnternetdə Futbol Federasiyasının “Traxtur” klubuna “Adidas” köynəyini satdığı barədə məlumat yayılıb. Biz bu şayiəni kəskin şəkildə təkzib edərək elan edirik ki, sözügedən köynəklər böyüklərdən ibarət milli komandaya aiddir və yalnız bu komanda tərəfindən istifadə olunur.”

 

Xatırladaq ki, “Traxtur” klubunun təqdimat mərasimi avqustun 13-də Təbrizin Purşərifi salonunda keçirilib. Təxminən 10 min nəfər komanda tərəfdarının qatılımı ilə keçirilən mərasimdə çoxlu milli şüarlar səsləndirilmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN