Futbol üzrə irqçi ekspert İran televiziyasında türk futbolçu Sərdar Azmunu təhqir edib – VİDEO / GÖRÜNTÜ

Futbol üzrə irqçi ekspert İran televiziyasında türk futbolçu Sərdar Azmunu təhqir edib – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Ötən günlərdə Rusiyada keçirilən dünya çempionatında İran millisinin qələbəsi üçün var gücü ilə çalışan türkmən oyunçu Sərdar Azmun fars irqçilərindən yaxa qurtara bilmir.  

 

Bu dəfə sosial şəbəkə istifadəçilər deyil, futbol üzrə ekspert Şahab Qasimi İran televiziyasında türkmən futbolçunu kobud şəkildə aşağılayıb.

 

Ekspert canlı televiziya verilişində S.Azmunla birlikdə ölkənin milli komandası ilə vidalaşan Rza Qoçannəjaddan danışaraq ona milli komandada sərf etdiyi əməyə görə təşəkkür edib, keçmiş oyunlarda vurduğu qolları xatırladaraq farsdilli oyunçuya övgülər yağdırıb. Ekspert iranlıların R.Qoçannəjadla fəxr etdiklərini də vurğulayıb.

 

Bundan sonra S.Azmun haqda danışan ekspertin sözlərinin məzmunu birdən-birə dəyişib. Türkmən futbolçunun milli komandadan ayrılmasını şərh edən ekspert onu R.Qoçannəjad kimi alqışlamayıb, əksinə məşhur oyunçunu təqhir edərək milli komandaya layiq olmadığını deyib.

 

https://www.youtube.com/watch?time_continue=1&v=NRIjQPLhrJ0

 

“Bu oyunçunun İran Milli Komandasının köynəyini geyməyə ləyaqəti yoxdur. İran yığmasının sənə ehtiyacı yoxdur, əksinə sənin milli komandaya ehtiyacın var”- deyə irqçi ekspert bildirib.

 

Sərdar Azmun Rusiyada keçirilən dünya çempionatından qayıtdıqdan sonra fars irqçilərinin təhqirlərinə dözməyərək ölkənin milli komandasından ayrılmağa qərar verib.

 

İranın milli komandası dünya çempionatında İspaniya millisinə məğlub olduqdan sonra türkmən futbolçu fars irqçilərinin təhqirinə məruz qalmışdır.

 

İyunun 20-də keçirilən yarışdan sonra sosial şəbəkələrdə S.Azmunun ünvanına təhqiramiz ifadələr yazılıb, bəzi irqçilər onun komandaya yararsız olduğunu qeyd ediblər. Bəziləri isə “Sərdar Azmun istisna olmaqla hamınıza afərin deyirik” deyə sözlər yazıblar.

 

Farsdilli sosial şəbəkə istifadəçilərin bəziləri isə  futbolçunu “axmaq türkmən” adlandırıb və “S.Azmunun İranın milli komandasına etdiyini, hətta moğollar belə İrana etməyib!” deyə postlar paylaşıblar.

 

Qeyd etmək lazımdır ki, İran millisi Sərdar Azmun və Kərim Ənsarifərd (Kərim Savalan) kimi türk oyunçularının vurduğu qollar sayəsində dünya kubokuna vəsiqə qazanmışdır.

 

Fars irqçilərinin türkmən futbolçunu hədəfə alması azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasına səbəb olub.

 

Soydaşlarımız S.Azmunun şəkillərini yayaraq onu dəstəkləyib və yazdıqları müxtəlif yorumlarda onu alqışlayıblar. Bir çox sosial şəbəkə istifadəçisi isə profil şəkilini S.Azmunun şəkili ilə dəyişdirib.

 

Türkmən futbolçu fars irqçiləri tərəfindən təhqirlərə məruz qalsa da, türk milləti və öz elinin sevimli oyunçusudur. O dünya çempionatında şəhəri Qonbədə qayıtdığı zaman türkmən yerliləri tərəfindən alqışlarla qarşılanıb. Coşqulu qarşılama mərasimini görən S.Azmun yerllilərinə təşəkkür edib, onlarla fəxr etdiyini bildirib.

 

İranda bütün fürsətlərdə türk milləti və onun mənsubları müxtəlif yollarla aşağılanır. Məqsədyönü təhqirlərə İranın kütləvi informasiya vasitələri, hətta bəzi dərsliklərində də rast gəlinir. Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə “Traxtur” komandasının yarışlarında Azərbaycan klubu və onun tərəfdarlarına qarşı səsləndirilən şüarlar fars irqçiliyinin bariz nümunəsidir.

 

Qonbəddə Sərdar Azmunun qarşılama mərasimi:

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN