GAMAC 2006-cı il May hadisələri ilə bağlı konfrans keçirəcək – Ankarada

GAMAC 2006-cı il May hadisələri ilə bağlı konfrans keçirəcək – Ankarada

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Ankara Ildırım Bayazıt Universitetinin əməkdaşlığı ilə Güney Azərbaycanda baş verən 2006-cı il May hadisələri (milli qiyam) ilə bağlı konfrans keçirəcək.

 

“Güney Azərbaycanda qanlı 22 may və ictimai-siyasi ətkiləri konfransı” mövzusunda keçiriləcək tədbir universitetin 15 temmuz konfrans salonunda baş tutacaq.

 

Konfransda aşağıda adları çəkilən elmi və siyasi şəxsiyyətlərin çıxış edəcəyi açıqlanıb:

1-      Prof. Dr. Nəsib Nəsibli (Ankara Universiteti müəllimi)

2-      Prof. Dr. Səlcuq Duman (Girəsun Universiteti müəllimi)

3-      Hikmət Alp (Araşdırmaçı və müəllim)

4-      Mehdi Nəimi (Güney azərbaycanlı fəal və türk dili müəllimi)

5-      Kərim Əsğəri (İran və Qafqaz məsələləri üzrə ekspert, elmlər namizədi)

6-      Məhsa Mehdili (GAMAC Təşkilatının sözcüsü)

 

Konfrans aprelin 30-u, yerli vaxtla saat 14:00-da başlayaraq 2.5 saat davam edəcək. Tədbir iştirak etmək istəyən hər kəsə açıqdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN