GAMAC-dan Türkiyə ordusuna dəstək Bəyanatı

GAMAC-dan Türkiyə ordusuna dəstək Bəyanatı

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Türkiyənin Suriyanın şimalında terrorçuləra qarşı başlatdığı hərbi əməliyyata dəstək verən bəyanat yayıb.

 

Bəyanatda deyilir:

“Suriyada 2011-ci ildə daxili savaş başladığı gündən bu ölkədə etnik və din zəmində çoxlu terror qruplaşmaları ortaya çıxdı. İŞİD, Ən-Nüsrə və YPG/PYD qruplaşmaları o cümlədəndir. Şübhəsiz ki, daxilində savaş gedən ölkənin təhlükəsizlik boşluğundan su-istifadə edən terrorçular qonşu ölkələr, o cümlədən Türkiyəyə qarşı potensial təhlükəyə çevrildilər.

 

Terror qruplaşmaları mərkəzi dövlətinin zəifliyindən istifadə edərək Suriyanın böyük hissəsini ələ keçirdi. Türkiyə həmsərhəd bir ölkə kimi, 8 ildən çoxdur ki, Suriyadakı vəziyyətdən ətkilənir. Bu ölkə Suriyadan gələn təxminən 4 milyon qaçqına qucaq açıb. Bundan əlavə YPG/PYD terrorçuları Türkiyə ilə həmsərhəd bölgədə etnik təmizləmə aparmaqla məşğuldur. Bölgənin demoqrafik tərkibi dəyişdirilir, yerli ərəb və türkmən əhali öz ata-baba yurdundan didərgin salınır.

 

Türkiyə ordusu artıq oktyabrın 9-da Azad Suriya Ordusu ilə birlikdə beynəlxalq qanunlara uyğun olaraq Suriyanın şimalında antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyənin sərhəd bölgəsində təhlükəsizliyi təmin etmək və suriyalı qaçqınların ölkəsinə qayıtması üçün şərait yaratmaqdır.

 

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz Twitter səhifəsində qeyd edib: ““Türkiyə ordusu, Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında İŞİD, YPG/PYD terror qruplaşmalarına qarşı “Sülh bulağı” əməliyyatına başlayıb. Məqsədimiz bölgəyə barış gətirmək və terrorçuların cənub sərhəddimizdə yaratmaq istədikləri terror karidorunu məhv etməkdir.”

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Türkiyənin Suriyanın şimalında başlatdığı antiterror əməliyyatına tam dəstək verərək türk ordusuna terrorçularla mübarizədə qələbə arzulayır.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi

2019-cu il oktyabrın 10-u”

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN