Germinin Həmzəxanlı kəndi sıradan çıxmaq üzrədir – GÖRÜNTÜ

Germinin Həmzəxanlı kəndi sıradan çıxmaq üzrədir – GÖRÜNTÜ

GünAz TV: Ərdəbil Əyalətinin Germi şəhəri ətrafında yerləşən Həmzəxanlı kəndi bir çox problemlərdən dolayı sıradan çıxmaq üzrədir.

 

Məlumata görə, su qıtlığından kənd təsərrüfatı ilə yetəri qədər məşğul ola bilməyən əhalinin əksəriyyəti işsiz qalıb. Bu kənddə hətta içməli su problemi də yaşanır.

 

Kəndin hazırda 160 nəfərdən az sakini qalıb, əhali məişət problemləri ilə əlaqədar kəndi tərk edir.

 

Getdikcə əhalidən boşalan Hənzəxanlı kəndinin vaxtı ilə gözəl və füsunkar təbiəti olub. Bu kənd bölgəyə çoxlu turist cəlb edərək ətraf məntəqələrin də iqtisadi inkişafında rol oynaya bilərdi, lakin dövlətin laqeyd münasibəti nəticəsində bu mümkün olmayıb.

 

Həmzəxanlı kəndi Germi şəhərinin Moran məntəqəsində yerləşir.

 

Kənddən GünAz TV-nin mətbuat mərkəzinə göndərilən görüntülər:

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN