“Google” saxta “Böyük Kürdistan” xəritəsini silib

“Google” saxta “Böyük Kürdistan” xəritəsini silib

GünAz TV: “Google” şirkəti dünya ictimaiyyətini çaşdırmaq məqsədi ilə təbliğ olunan sözdə “Böyük Kürdistan” xəritəsini silib.

Türkiyə mətbuatı saxta xəritənin Türkiyənin tələbi əsasında silindiyini yazıb.


Sözdə “Böyük Kürdistan” xəritəsi Türkiyənin bir hissəsi ilə yanaşı Güney Azərbaycanın qərb bölgəsini də əhatə edib.


Artıq xəritəyə baxmaq istəyənlər “Bu xəritə istifadə qaydalarını pozduğuna görə artıq əlçatan deyil” sözləri ilə qarşılaşır.


Məlumata görə, Türkiyənin etirazından iki gün sonra xəritədən istifadə dayandırılıb. Xəritəyə silinməmişdən əvvəl çox sayda insan baxıb.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN