Görkəmli azərbaycanlı şair Mehdi Azərin anım mərasimi keçirilib – Zəncanda / GÖRÜNTÜ

Görkəmli azərbaycanlı şair Mehdi Azərin anım mərasimi keçirilib – Zəncanda / GÖRÜNTÜ

GünAz TV: Görkəmli güney azərbaycanlı şair ustad Mehdi Azər Mazəndaraninin anım mərasimi keçirilib.


Mərasim “Qızıl özən” ədəbi dərnəyin təşşəbüsü ilə Zəncan şəhərinin İmam Mədəniyyət Evində keçirilib. Mərasim mərhum şairin ailə üzvləri ilə birlikdə Tehran, Əlborz, Şərqi və Qərbi Azərbaycan, Gilan və Ərdəbil əyalətlərindən gələn qonaqların iştirakı ilə keçirilib.


6 saat sürən mərasimin başlanğıcında Zəncan Əyalətinin mədəni potensiyalını əks etdirən klip yayılıb. Klipdə Huşəng Cəfərinin şeiri və Hadi Kərəminin ifası əks olunub.


Aşıqların saz havası ifa etdiyi mərasimdə ustad Marağalı Kərimi və Nazir Şərəfxanalı da iştirak edib, onlar oxuduqları şeirlə mərasim iştirakçılarını vəcdə gətiriblər.


Tədbirdə Huşəng Cəfəri, Rza Qasimpur, Əli Məhəmmədbəyani, Pərviz Sudi, Əli Kərimi, Nasir Vəlayi, Abdulla Muradi, Həsən Rəfii, Mənsur Kəlamifərd, Ayda Əbdi, Dina Hatəmi, Artın Xatəmi, Mehdi Kaboli və daha bir neçə şair çıxış edib.


Mərasimdə tar ustadı zəncanlı gənc xanım Zəhra Mirzayi və türk dili və ədəbiyyatı kurslarının birinci mərhələsinin məzunlarına təşəkkür və təqdir lövhəsi təqdim olunub.

 

1932-ci ildə dünyaya göz açan mərhum Mehdi Azərin anası Qeydar, atası isə Miyana şəhərindən olub. O Şəhriyar şəhərinin Şeir və Ədəbiyyat Dərnəyinin məsulu olub.
Mehdi Azər 2004-cu ildə vəfat edib, onun məzarı Kərəc şəhərindədir.

 

 


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN