GünazTV February.27.2020: Xocalı Soyqımı qurbanlarının xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anıldı.

GünazTV February.27.2020: Xocalı Soyqımı qurbanlarının xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anıldı.

Xocalı Soyqımı qurbanlarının xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anıldı.Capitol Hilldə,Rayburun bunasında təşkil olunan anım mərasiminə Amerikalı konqresmenlər, diplomatlar qatılmışdı. Ermənilərin  28 il əvvəl Azərbaycanın Xocalı şəhərində həyata keçirdiyi  soyqırım siyasəti  illər  sonra müzakirə edilərkən, ortaya çıxan bir xətt aydın görünür. Ermənilər o gecə Xocalıda soyqırım siyasəti aparmaqla Azərbaycanlıların gözünü qorxudaraq,  böyük torpaqlara sahib olmaq planı qurub. Konqresmen Robert Adelholt çıxışında Azərbaycanın dostu olduqlarına diqqət çəkərək millətimizin haqqlı davasını dəstəklədiyini söylədi.

“ Biz  bura Xocalını anamaq üçün yığılmışıq. Orda yüzlərlə  insanın həyatını itirməsini anırıq.Məhz bu tarixdə  Xocalı soyqırımı baş vermişdi.Biz  ona görə anırıq ki,  əmin olaq ki, gələcəkdə belə hadisələr  təkrarlanmasın.Biz bunu unutmadığımıza əmin oluruq.Minnətdaram ki, Azərbaycan bütün ölən ailələri, insanları yadda saxlayır.Azərbaycan Amerika üçün çox yaxşı  dost ölkədir.Mən demək istəmirəm hamı, amma bir necə  konqresmen  Azərbaycanda olub.Şəxsən mən də iki dəfə Azərbaycanda olmuşam. Prezidentlə, bir neçə  insanla görüşmək imkanım oldu. Biz keçmişdə olanları, indi yaşananları və gələcək prespektivləri müzakirə etdik.Bir çox insanlar Azərbaycan haqqında eşidə bilər, amma çoxu Azərbaycan insanını və mədəniyyətini bilmir. Sovetlərdən sonra Azərbaycan Amerika üçün çox yaxşı dost ölkə oldu.Biz Azərbaycanın müstəqilliyini dəstəkləyirik və ölkə ilə işləməkdə maraqlıyıq. ”

 “Biz heç vaxt Xocalıda baş verənləri unutmaq istəmirik. Bu çox vacibdirki biz Xocalını unutmayaq.Əgər unutsaq, o zaman bu hadisə təkrarlanacaq.Biz burda sülh üçün toplanmışıq. Ölən insanların xatirəsi həmişə bizimlə olmalıdır. Bu xatirələr bizə  bir şeyi göstərir. Biz ancaq  sülh yolunda olmalıyıq.Biz nəyisə daha çox, nəyisə daha az istəmirik.Biz  faciə  qurbanlarını unutmalı deyilik. Onları unutmamqla biz daha gözəl gələcək yarada bilərik.”

  Konqresmenlər Henry Cueller və Steve Chabot  da Azərbaycanın haqlı davasını dəstəkləyənlər sırasında oldular.Onlar, ayrı partiyalardan olsalar da,  Azərbaycan mövzusunda ortaq  fikirləri olduğunu söylədilər.

“ Biz Azərbaycana Amerikaya dost ölkə olduğuna görə təşəkkür edirik. Biz bu gün burda çətin anlar barədə danışmağa  yığılmışıq. Bu barədə  danışmaq  şox çətindir. Biz bilirik o gecə Xocalıda nə baş vermişdi və biz bilirik ki, Azərbaycanla Ameika indi sülh planı tapmağa  çalışır.Biz əmin olmalıyıq ki, bu hadisələr təkrarlanmayacaq.Çox çətindir  belə anlarda bura gəlmək. Amma bura ona görə gəlmişəm ki, sizə bildirim ki, biz sizə dəstək və kömək üçün burdayıq. Mənim dostlarım və mən bu faciəni baş verdiyini sübut  etmək üçün burdayıq.”

“ Bir neçə  dəfə  Azərbaycanda olmuşam.Azərbaycan çox möhtəşəm ölkədir.Amerika ilə də  çox  gözəl münasibətləri var.Bu münasibətlər çox önəmlidir. Azərbaycan insanları bizimlə Əfqanıstanda əməkdaşlıq edib. Amma biz bu gün bura çox vacib bir  günü anmaq üçün burdayıq. Biz Xocalıda öldürülən 600-dən çox insanı anmaq üçün burdayıq. Xocalıda baş verənləri təkcə ordakı insanlar deyil, dünya insanları da unutmamlıdır.Konqresmen Henri ilə mən başqa partiyadan olsaq da Azərbaycan məsələsində birgə işləyirik.Biz  heç  vaxt bu faciəli günü unutmalı deyilik. Əmin olmalıyıqki, bu bir daha baş verməyəcək.” 

Birləşmiş Ştatların fərqli bölgələrindən gələn Azərbaycanlılar da Xocalıda yaşanan o dəhşətləri dünya ictimayyətinə çatdırmaq  üçün var  qüvvələri ilə çalışdıqlarını söylədi.Huostondan  gələn İradə  Axundova, hesab edir ki, daha çox nəticə almaq üçün daha  çox  çalışmaq lazımdır.

“Artıq  28 il keçib Xocalı soyqırımından. Amerikada yaşayan Azərbaycanlılar da bu gün burdayıq bu anı unutmamq üçün. Biz neçə illərdir  səsimizi çatdırmağa  çalışırıq.Amma bu gün bir  daha çatdırırıq. Neçə illərdir biz onlarla birlikdə çalışıq. Mən artıq 20 ildir diaspora ilə məşğulam. Biz nəyi bölürük. Biz Azərbaycanlıyıq. Hansı partiyaya məxsussan, kimi sevirsən və ya sevmirsən. Bu evində qalsın. Xocalı gələndə, Qarabağ  mövzusu gələndə biz bir olmalıyıq.”

Onunla eyni fikiri bölüşən Vaşinqtondakı diasporamızın fəal üzvü Zaur Bayramlı da bu işdə dövlətlə yanaşı hər bir vətəndaşın üzərinə böyük məsuliyyət  düşdüyünü dedi. Zaur Bayramlı hesab edir ki, Amerikada 5  nəsil yaşayıb, sözdə soyqırım üçün çalışan ermənilərin siyasətinin qarşısında azərbaycanlılar daha əsaslə orqumentlər  qoymalıdır.

“ Bu 28 ildə  çox şeylər danışdı. Ədalət gözləyirik. Amerika da açıq orataya mövqey qoymur. Azərbaycan özü torpağını geri almalıdır. Azərbaycan antiterror əməliyyatları keçirməlidir. Əllbətdə ölkədən kənarda olan insanlar milli məsələlərə biganə qalmamlıdır. Milli faciə günlərində birləşməliyik”

Türkiyə səfirliyinin diplomatı Salih Çelik də Xocalıda  yaşanan erməni vəhşiliyinin dünya üçün bir fakt olduğunu və Azərbaycanın haqq davasına beynəlxalq hüqüqi qiymət  verilməsinin vaxtı çatdığını dedi.

“ Bu gün  türk milləti olaraq Xocalını unutmayacağıq. Biz gələcəyə sülhlə getmək istəyirik. Amma Ermənistan bunu etmir. Başqalarının sifarişi ilə, rusların dəstəyi ilə orda insanların ölümünə səbəb oldular. Biz bunsan sonra müharibə istəmirik. Amma vətənimizə göz tikənlərə də, fürsət verməyəcəyik.  ”

İndi fikirlərini təqdim edəcəyim bu gənc  isə Amerikaya 11 yaşında köcüb. Cəbrayıl rayonundan olan Nicat Əşrəfzadə Ermənistanın işğalcı  siyasətindən sonra gəldiyi Amerikada özünün haqq səsini  çatdırmaq üçün seçicisi olduğu konqresmenlərinə dönə-dönə çatdırdığını deyir. 

“  Cəbrayıl işğal ediləndə 4 yaşım var idi.Yadımdadır necə işğal olunduq. Necə atəş açırdılar. Səhər ev paltarında evdən çıxdıq. Sonra qaçqın həyatı yaşadım. Amerikada US Azərbaycan təşkilatının üzvüyəm.Biz bütün tədbirlərə gəlirəm. Konqresmənlərlə, həmsədirlərlə görüşüb Azərbaycanın maraqlarını qoruyuruq.Onu deyə bilərəm biz əlimizdən gələni edirik, amma çox azıq. Azərbaycanlıların çoxu gəlmək istəmir. Daha yaxşı olar hamı dəstək verərsə.” 

Xatırladaq ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə  Erməni Silahlı qüvvələri  Rusiyanın 366-cı motoatıcı alayının  iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı soyqırım  həyata keçiriblər Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Ermənistan ordusu həmən gecə  76-sı uşaq olmaqla, 487 nəfəri yaralayıb. 1275 nəfəri əsir götürüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının işıqlandırması və  dünya mətbuatına çatdırılması  birbaşa  Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlıdır. Məhz Çingiz,  karyerasında ən vacib xidməti göstərərək  Xocalıda törədilən vəhşilikləri lentə alıb. Bu gün də Azərbaycanın əlində  yeganə sübut məhz  Çingiz Mustafayevin çəkdikləridir. Əgər o kadırlar olmasaydı, Ermənistan Xocalıda  soyqırım həyata keçirdiyini həyasızcasına inkar edərdi. Lakin Çingizin çəkdirkləri onların bu həyasızlığının qarşısını almaqda Azərbayçana  kömək olur.

Qənirə Ataş, GünaazTV, Vaşinqton.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN