Hər vaxtınız xeyir olsun. Mən Qənirə Ataş GünazTv-nin Vaşinqton bürosundan. Indi bütün dünyanın gözü Amerikadadır. Bəşəriyyət corona virusu ilə mübarizə apararkən bu xəstəliyin müalicəsində dünyanın ən güclü dövlətinin istifadə edəcəyi dərman hər yerdən maraqla izlənilir. FDA- yəni,qida və dərman administrasiyası bir dərmanın istifadəsinə icazə verdi. Roş dərman şirkətinin istehsalı olan Aktemranın istifadəsinə icazə verildi. Çox ciddi ağır corona xəstələrinin 3-cü fazasında olanlara istifadə edilməsinə razılıq verildi. FDA dərmandan durumu kritik olan, ağır öskürəklə üz- üzə qalan insanların istifadəsinə razılıq verir. Bunun yanında Roş şirkəti 10 min şüşə dərmanı amerikanın səhiyyə nazirliyinə göndərir. Aktemra xaricində başqa dərmanlar da var. Onların təsirli olub olmaması yoxlanılır. Amerika Prezidenti Donalt Truamp da mətbuat acıqlamasında dedi ki, ölkədə parklar da istifadəyə bağlanıb. Prezidet ölkədəki Asiya əsilli komunitilərə dəstək aksiyasına başlayacaq. Virusunun yayılmasında o insanların heç bir günahı yoxdur dedi. Prezident hidroksin klorokin, zipac kimi dərmanların adını cəkdi. Hətta bir xəstə üzərində dərman istifadə olunub və yaxşı nəticə də alıblar.Amerika prezidentin dediklərini eşidək.
“Federal hakimiyyət mənim nəzarətim altında klorokin dərmanı üzərində işləyir. Hidroksin klorokin və zipak birlikdə sabah Nyu Yorkda olacaq. Biz hələlik 10 min qutu göndəririk.Sabah Nyu York əhalisinin istifadisində olacaq.Biz bunu diqqətlə izləyirik. Bilirsiz bir gənc adam bu xəstəliklə mübarizə aparırdı və öləcəyini düşünürdü. Hıtta ailəsi ilə sağollaşmışdı. O düşünürdü artıq öləcək. Amma bir necə satdan sonra o özünü çox yaxşı hiss etdi və indi çox yaxşı vəziyyətdədir. Bu dərman üzərində işləyirik, qısa zamanda təsir edir dediyim kimi. Üzərində dayandığımız bu dərman ətrafında ən güclü mütəxəxisilərimiz calışır. Düşünürük əgər bu dərman köməyə çatacaqsa bu Allahın Amerikaya verdiyi hədiyyə olacaq. Düşündüyümün bu dərman oyunu tamamı ilə dəyişə bilər. Hidroksin klorokin malyariyaya qarşı çox uğurlu olmuşdu.”
Amerika elan etdi ki, dükanlardan eyni əşyaları xususi ilə tibbi levazimatlari coxlu sayda almaq cinayət sayıla bilər. Hətta bu müddətdə qiymət artımı edənlər də cinayət məsuliyyətinə cəlb edilə bilərlər.Dr.Berth dinləyək.
“Biz probləmlə mübarizə aparan avropa dövlətlərinə öz məlumat bazamızla kömək edirk.Əldə etdiyimiz məlumatlarda görürük ki, Avropada 15 yaşından az olan uşaq bu virusun altına düşməyib və ölməyib. Amma Çində 14 yaşında uşaq ölüb. Ailələr narahat olmasınlar uşaqların bədəni bu virusa qarşı çox güclüdür. Ana, atalar siz rahat olun. Amma özünüzü də qoruyun Avropada ölənlərin 99 faizi 50 yaşın üstüdür.Amma 1 faizə demək olamz ki, bu virusdan ölməz. Hər kəs ehtiyyatlı olmalıdır. İtaliyada isə cavanlar da ölüblər. Cavan ölənlərin isə əvvəllər başqa xəstəlikləri olub. Düşünürəm biz indi daha rahat olmalıyıq, amma qocalarımızı qorumaqda davam etməliyik. Bunu etmək üçün prezidentin təlimatlarına əməl etməliyik. Bizim bu agrılı 15 gündən cəmi 1 həftəmiz qalıb. ”
Bu gün NyuYorkTimes maraqlı bir məqalə ilə çıxış etdi.Qəzet yazır ki, Amerika alimləri karona qarşı təsirli olub olmamasını yoxlamaq üçün 70 dərman növü üzərində yoxlama aparır.Bu dərmanların bəziləri başqa xəstəliklərdə istidfadə olunub. Aktemra da revmotizma xəstələrinin müalicəsində istifadə olunub. Doktorlar bu dərmanların yan təsirlərinin olmamasını araşdırır.Xüsusi ilə aktemra dərmanının qaraciyərə təsiri oldugunu deyirlər. Hətta xərcəngə doğru meyillilik yarada da bilir.Amerika həkimləri bu dərmandan istifadə olunarkən çox diqqətli olmagı məsləhət görür. Virciniya və Merilənd artıq təhsil ilinin sonunadək məktəblərinin bağlı olacagını acıqladı. Restoranlar yalnız evə daşıma edə biləcək. Bu həftə Amerikada durum daha pis ola biləcəyini deyirlər. Prezident isə durumun ciddi nəzarətdə olduğunu deyir. Dunya baxanda da dövlətlərin elə Amerikanın addımlarını təkrarladığı görünür. Əslində bu elə ən ağıllı seçimdir. Çünki Amerika inkisaf etmiş ölkədir və alınan qərarlar dünyanın ən güclü alimlərinin qərarıdır. Amerika insanı 10 gündən çoxdur evdı qalmaq tapsırıgına əməl edir. Amerika insanı dövlətin məsləhıtlərinə ciddi yanaşır. İnanıram ki, bizi izləyən insanlar və Azırbaycanlılar da bu tələblərı əməl edərək evdəqalmaqla virusun yayılmasının qarsısını alacaqlar.
Günaz TV Vaşinqton bürosundan bu qədər.