Güney Azərbaycan Azadlıq Hərəkatının mübarizə bayrağının qəbul edilməsi ilə bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Bəyanatı

Güney Azərbaycan Azadlıq Hərəkatının mübarizə bayrağının qəbul edilməsi ilə bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Bəyanatı

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Güney Azərbaycan Azadlıq Hərəkatının mübarizə bayrağının müəyyən edilməsini dəstəkləyən bəyanat yayıb.

 

Bəyanatda deyilir:

“Güney Azərbaycan Milli Azadlıq mücadiləmizin demokratik prinsipləri hər zaman milli hərəkatda təmsil olunan sorumlu və gerçək milli siyasi qüvvələr tərəfindən qorunub saxlanılmış və zaman-zaman bu prinsiplərin gücləndirilməsi istiqamətində vahid mövqelər ortaya qoyulmuşdur. Güney Azərbaycan mübarizə hərəkatında bir bayrağın və ya mübarizə simg class="img-responsive"əsinin olma zərurəti Azərbaycan milli hərəkətçıları tərəfindən sivil və demokratik mübarizəmizin təməl prinsiplərdən biri olaraq dəyərləndirilmiş və bu günə kimi bu istiqamətində bir çox işlər aparılmışdır.

 

Güney Azərbaycanda azadlıq hərəkatı bayrağı

 

 

Aparılan fəaliyyətlərin müsbət nəticəsi olaraq, Güney Azərbaycan Milli Azadlıq Hərəkatında aparıcı rola malik milli quvvələrin və təşkilatların səyləri nəticəsində Güney Azərbaycanda azadlıq hərəkatı bayrağının müəyyən edilməsi istiqamətdə razılığa gəlinib. Belə ki, hərəkatımızın mübarizə simg class="img-responsive"əsi kimi qəbul edilən bu bayraq azadlıq hərəkatımızın mübarizə mərhələsini təmsil edəcək.

 

Azərbaycan millətinin milli bayrağı     

 

 

Hazırda Azərbaycan millətinin milli bayrağı milli mədəniyyətimizi, çağdaş demokratiyanı və millətimizin inancını simvolizə edən, 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul olunmuş və bu gün Azərbaycan Respublikasının dövlət bayrağı olaraq tanınan bayraqdır.

 

Güney Azərbaycanın dövlət bayrağı

Gələcəkdə Güney Azərbaycanın dövlət bayrağı millət tərəfindən qurulacaq milli parlamentin müəyyənləşdirdiyi və təsdiq etdiyi bayraq olacaq.

GAMAC Güney Azərbaycan azadlıq hərəkatının mübarizə dövrünü təmsil edən bayrağın aparıcı milli qüvvələr və təşkilatlar tərəfindən çoxunluqla qəbul edilməsini hərəkatımızın güclənməsi açısından önəmli və tarixi addım hesab edir. Şübhəsiz ki, hərəkatımızın güclənməsi istiqamətində alınmış bu qərar milli hərəkatımızda təmsil olunan sorumlu qüvvələrin bundan sonra da daha mütəşəkkil hərəkət etmələrinə şərait yaratmış olacaq.

GAMAC millətimizi və milli birlik istiqamətində fəaliyyət göstərən milli hərəkat quvvələrini bu tarixi qərar münasibətilə təbrik edir. İnanırıq ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı demokratik və milli iradə əsasında irəliləyərək öz tarixi qələbəsini qazanacaqdır.

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN