Güney Azərbaycan şəhərlərində ana dili və Urmu gölü haqqında kitab və braşuralar paylanılıb – GÖRÜNTÜ

Güney Azərbaycan şəhərlərində ana dili və Urmu gölü haqqında kitab və braşuralar paylanılıb – GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycan şəhərlərində Təbiət Günü münasibəti ilə çox sayda kitab və braşuralar paylanılıb.

 

Məlumata görə, martın 2-də 3 cilddə olan “Ana dili; Azərbaycan türkcəsinin qaramatikası” kitabı Urmiyə və Salmas şəhərlərində əhali arasında parlanılıb. Fəallar kitabları əsasən uşaq və yeniyetmələr arasında paylayıblar.

 

 

Bundan əlavə kitab paylayan azərbaycanlı fəallar Təbiət Günü mərasiminin sonunda iməcilik keçirərək ərazini zibil və məişət tullantılarından təmizləyiblər.

 

Mərəndin Yamçı şəhərində isə Təbiət Günü münasibəti ilə Urmu gölünün qurumasının nəticələri və ətraf mühitin qorunması mövzusunda braşuralar paylanılıb. “Mərənd Təbiətinin Mühafizəsi Dərnəyi”-nin üzvləri tərəfindən paylanılan braşuralarda Urmu gölü böhranı və onun ağır nəticələri haqda məlumat dərc olunub.

 

 

Braşuraların birinci səhifəsində türk dilində “Elə gəl, elə get, çöl inciməsin”, sonunda isə “xəbər verin ellərə, düşsün hamı dillərə, Urmu gölü göz tikib, mədəd verən əllərə” şeiri yazılıb.

 

 

Braşurada vurğulanıb ki, Urmu gölü böhranı məsulların yalnış idarəçiliyindən dolayı yaranıb. Bunun nəticəsi olaraq elə son günlərdə göldən başlayan güclü fırtınaya şahid olduq. Ətraf şəhərləri təsir altına alan fırtınalar 17 milyon insanın həyatını təhdid edir.

 

Braşurada Azərbaycan Əhalisindən istənilir ki, Urmu gölü böhranından qurtulmaq üçün əl-ələ verərək su mənbələrindən düzgün istifadə etmək lazımdır.

 

Azərbaycanlılar bütün imkanlardan istifadə edərək gölün böhrandan qurtulması üçün mübarizə apardıqları bir halda, İran dövləti hələ də gölün canlandırılması istiqamətində heç bir əməli addım atmır. Bunun nəticəsində göldə vəziyyət ildən ilə pisləşir, artıq gölün 95 faizi quruyub, onun sulu sahəsi minimum həddə çatıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN