Güney Azərbaycan şəhərlərində tanınmış fəalın azadlığa buraxılmasını tələb edən şüarlar yazılır: “Abbas Lisani azad olunsun”

Güney Azərbaycan şəhərlərində tanınmış fəalın azadlığa buraxılmasını tələb edən şüarlar yazılır: “Abbas Lisani azad olunsun”

GünAz TV: Yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin rejim tərəfindən saxlanmasına etirazlar davam edir.

 

Son məlumata görə, Xalxal və Muğanın Parsabad şəhərlərində divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb.

 

Xalxal şəhərinin girişində “Abbas Lisani: Mədəni mübarizə bizim qələbə rəmzimizdir”, “Biz hamımız Abbas Lisaniyik”, “Free Abbas Lisani” və s. kimi şüarlara rast gəlinir.

 

Güney Azərbaycanlı fəallar Muğanın Parsabad şəhərində də oxşar şüarlarla çıxış ediblər. Məlumata görə, şəhərin müxtəlif məhəllərində divarlarda “Milli qəhrəman; Abbas Lisani azad olunmalıdır”, “Mən də Abbas Lisaniyəm” və s. kimi şüarlar görünür.

 

Abbas Lisani, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

 

Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb. O bu gün aclıq aksiyasının 12-ci günündədir.

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN