Güney Azərbaycanda divarlar üzərinə yazılan milli şüarlar rejimi vahiməyə salıb

Güney Azərbaycanda divarlar üzərinə yazılan milli şüarlar rejimi vahiməyə salıb

GünAz TV: Güney Azərbaycanda gənclərin İran rejiminin anti-türk siyasətinə qarşı dirənməsi rejimi vahiməyə salıb.

 

Bu o həddə çatıb ki, hökumətə bağlı qüvvələr şəhərlərdə fəallar tərəfindən yazılan şüarları axtarır, onları dərhal silirlər. Belə bir fakta çərşənbə günü Xalxal şəhərində rast gəlinib.

 

 

Məlumata görə, ötən günlərdə Xalxalda divarlar üzərinə “Yaşasın Azərbaycan”, “Mən türkəm”, “Yaşasın Traxtur” və s. kimi şüarlar yazılıb, şüarlar qısa zamanda rənglənərək görünməz hala salınıb.

 

Divarların İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və bəsicilər (hökumət tərəfdarları, yarım silahlı dəstələr) tərəfindən rəngləndiyi bildirilir.

 

Ötən aylarda divarlar üzərində yazılmış milli şüarlara Güney Azərbaycanın müxtəlif şəhərlərində rast gəlinir. Hətta bununla əlaqədar bir neçə fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Divarları yazmaq, “Traxtur” komandasının görüşlərində şüarlar səsləndirmək, bildiriş yaymaq və s. güney azərbaycanlı gənclərin rejimə qarşı etiraz bildirmə  formalarından biridir.

 

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN