Güney Azərbaycanda divarlara tanınmış fəal Abbas Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb – GÖRÜNTÜ

Güney Azərbaycanda divarlara tanınmış fəal Abbas Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb – GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Sərdəri şəhərində divarlara tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb.

 

Şəhərin hərəkətli yerlərində görünən posterlərin üzərinə “Abbas Lisanini azad edin” şüarı yazılıb.

 

 

Bir neçə azərbaycanlı qadın isə Abbas Lisaninin şəkilini qaldıraraq ona dəstək nümayiş etdirib və fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

 

 

Ötən günlərdə iyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində çox sayda milli-mədəni fəal saxlanılıb.

 

İyulun 2-də Ərdəbil şəhərində iş yerində yaxalanan tanınmış milli-mədəni fəal Abbas Lisani hazırda Təbrizin Mərkəzi Zindanının özəl bölümündə təknəfərlik kamerada saxlanılır. O bu müddətdə bir neçə dəfə Təbrizin Ettelaat İdarəsinə aparılaraq sorğu-suala tutulub. Ettelaat İdarəsinin təkidi ilə, zindan məsulları kimsəyə, o cümlədən Abbas Lisaninin ailəsinə onunla görüşmək icazəsi vermir.

 

Qeyd edək ki, Abbas Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN