Güney Azərbaycanda elektrik enerjisi qıtlığı yaranıb

Güney Azərbaycanda elektrik enerjisi qıtlığı yaranıb

GünAz TV: Son günlərdə Güney Azərbaycan şəhərlərində geniş miqyaslı elektrik kəsintisi müşahidə olunub, yaranan problem soydaşlarımızın kəskin etirazına səbəb olub.

 

Məlumata görə, bölgədə havalar istiləşdikdən sonra İran Energetika Nazirliyi Azərbaycan şəhərlərinə qrafiklə  elektrik verməyə başlayıb, Təbriz və Urmiyə kimi böyük şəhərlərdə əvvəldən xəbər verilmədən elektrik enerjisi kəsilib.

 

İsti havalarda elektrikin olmaması soydaşlarımızın kəskin etirazına səbəb olub. Elektrik enerjisinin verilməsində fasilə yaranması əhalinin gündəlik həyatını iflic etməklə yanaşı onlara çoxlu maddi ziyan da vurub.

 

Sosial şəbəkə istifadəçiləri elektrik kəsintisi ilə bağlı səlahiyyətli orqanlara kəskin etiraz bildirərək İranın işğalçı Ermənistana pulsuz elektrik verməsini də qınayıblar. Onlar ölkədə elektrik qıtlığı yaşandığı halda, bu məhsulun işğalçı bir ölkəyə bağışlanmasını qəbuledilməz adlandırıblar.

 

Bəzi soydaşlarımız isə cari ildə yağıntıların artdığını bildirərək elektrik qıtlığına heç bir səbəb olmadığını diqqətə çatdırıb.

 

Təbriz Elektrik Paylayıcı Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Yunis Mərami isə elektrik enerjisinə kvotalar tətbiq edilməsi xəbərini təkzib edib. O bildirib ki, elektrikin fasilə ilə verilməsi isti yay günlərində istehlak səviyyəsinə nəzarətlə bağlıdır. O gələcək günlərdə havaların isti keçəcəyinə işarə edərək  əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN