Güney Azərbaycanda güclü külək 3 nəfərin ölümü və 18 nəfərin xəsarət almasına səbəb olub - VİDEO / GÖRÜNTÜ

Güney Azərbaycanda güclü külək 3 nəfərin ölümü və 18 nəfərin xəsarət almasına səbəb olub - VİDEO / GÖRÜNTÜ

GünAz TV: Ötən günlərdə Güney Azərbaycanda baş verən güclü külək bölgədə ciddi fəsadlar törədib, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti xəsarət alıb.

 

Cümə və şənbə günlərində baş verən fırtınada Xoy şəhərinin Qotur məntəqəsində bir 5 yaşlı uşaq üzərinə divarın aşması nəticəsində həlak olub. Bundan əlavə Urmiyə, Xoy və Makı şəhərlərində bir çox yaşayiş evi, obyekt, ümumi məkanlar və bağ sahələrinə ziyan dəyib, baş verən hadisələr nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Şərqi Azərbaycan Əyalətində də bir nəfər təbii fəlakətin qurbanı olub. Məlumata görə, Təsuc-Şəbistər istiqamətində hərəkət edən bir paraplan Şancan zirvəsinə dəyərək yerə düşüb, onun sərnişini hadisə yerində keçinib.

 

Ərdəbil Təcili Tibbi Yardım Mərkəzi isə Biləsuvarın Xoruzlu kəndində bir qadının təbii fəlakətə qurban getdiyini bildirib. 51 yaşlı qadın düşən dam örtüklərinin altında qalaraq can verib.

 

Rəsmi orqanların verdiyi məlumata görə, güclü külək nəticəsində Urmiyə və Sulduzun bəzi məntəqələri, həmçinin Meşginşəhrin 83 kəndində elektrik enerjisi bir neçə saatlıq kəsilib.

 

Şərqi Azərbaycanda Təsuc şəhərinin “Şeyx Vəli” kəndində isə mal-qara fermasında 14 baş inək elektrik cərəyanı vurması nəticəsində tələf olub.

 

 

Aşağıdakı Video Urmiyədə baş verən güclü fırtınanı göstərir:

https://www.youtube.com/watch?time_continue=2&v=9vLeOxzEASk

 

Urmiyə şəhərinə dəyən ziyanlar görüntülərdə:

 

 

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN