Güney Azərbaycanda koronavirus epidemiyası sürətlə yayılır, yoluxanların sayı 3000-i ötüb

2020-03-24 14:26

GünAz TV: Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 201 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 3091 nəfərə çatıb.

 

GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, infeksiyasından ölənlərin sayı Güney Azərbaycanda artıq 305 olub.  

 

Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

 

Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.

 

 

Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi əyalətdə koronavirusa yoluxanların sayının 937 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 70 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

Rəcayi həmçinin vurğulayıb ki, verilən rəqəmlər sadəcə test üçün səhiyyə mərkəzlərinə müraciət edənlərə aiddir və yoluxanların dəqiq göstəricisi kimi dəyərləndirilməməlidir.

 

O, keçən gün daha altı nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 88 nəfərə çatdığını bildirib.

 

Rəcayi əyalətdə virusun geniş yayılma tendensiyasının davam etdiyini də deyib.

 

 

Təbriz Tibb universitetinin rəisi Məhəmməd Hüseyn Somi də epidemiyanın daha geniş yayılmasının qarşısını almaq üçün şəhərlər arası nəqliyyatın məhdudlaşdırlmasının zəruri olduğunu vurğulayıb.  

 

Somi həmçinin Şərqi Azərbaycanda 63 tibb işçisinin infeksiyaya yoluxduğunu bildirib.

 

Tibb universitetinin rəisi daha öncə epidemiyanın mövcud yayılma tendensiyasının davam etməsi halında aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizinin (300,000 nəfər) infeksiyaya yoluxacağı haqda xəbərdarlıq etmişdi.

 

                              .

Güney Azərbaycanın digər bölgələrində də epidemiyanın sürətlə yayılması müşahidə olunur.

 

 

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 462 nəfərdə infeksiya aşkarlanıb, onlardan 35-i canını itirib.

 

 

Beləliklə Qərbi Azərbaycanda keçən 24 saat ərzində 34 yeni yoluxma faktı qeydə alınıb, həmin gün daha dörd nəfər infeksiyadan ölüb.

 

 

Ərdəbil əyalətində də hazırda 337 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin müavini Əfşin Fəthinin dediyinə görə, əyalətdə 309 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Xəstəlikdən ölənlərin sayı isə 44 nəfərə çatıb.

 

Fəthinin dediyinə görə, Ərdəbildə 24 saat ərzində 20 yeni yoluxma halı qeydə alınıb, həmin gün daha altı nəfər infeksiyadan ölüb.

 

 

Zəncan Tibb Universitetinin rəis müavini Cavad Tackey əyalətdə  infeksiyaya tutulanların sayının keçən günlə müqayisədə 20 nəfər artaraq 414-ə çatdığını bildirib. Əyalətdə infeksiyadan ölənlərin sayı isə 28 nəfərə çatıb.

 

Daha öncə Zəncan Tibb Universitetinin rəis Pərviz Qızılbaş hər gün orta hesabla 35-45 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirildiyini bildirmişdi. 

 

 

Qəzvin əyalətində də hələlik 703 nəfərin koronavirusa yoluxduğu, 85 nəfərin həyatını itirdiyi açıqlanıb. Qəzvin Güney Azərbaycanda virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.

 

Bu rəqəm Həmədanda 266 nəfərdir ki, onlardan 25 nəfəri dünyasını dəyişib.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Traxtur komandasının qələbəsi əlbəyaxa davaya çevrilib-Traxturun qapıçısı xəstəxanaya yerləşdirilib+video,fotolar

2021-01-24

gun az article

Çaldıranda 3 antik əşya qaçaqmalçısı həyatını itirib

2021-01-24

gun az article

Milli fəal Əfşar Muhib təhlükəsizlik məmurları tərəfindən dindirilib

2021-01-24

gun az article

Azadlıq radiosunun bu həftəki qonağı güneyli siyasi məhbus Rza Vasiqi olub+video

2021-01-24

gun az article

Qarabağ məhkumu Rza Seyid Nuri bəraət alıb

2021-01-24

gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23

gun az article

GünazTV Jan.22.2021-Azadlıq səsi: Amerikada demokrasi qələbəsi - Milli fəaların həbsxana dirənişi və İranda ekonomi

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Paylaşım programı, 25-ci Bölüm.

2021-01-22

gun az article

Urmu Zooparkının acınacaqlı durumu+video

2021-01-22

gun az article

Rəşt Universitetinin rəhbərliyi “Yağış” öyrənci dərgisinin nəşrinə əngəl törədir

2021-01-22

gun az article

Ərdəbil donub-tepmeratur mənfi 20 dərəcəyə düşüb

2021-01-22

gun az article

Rəştdə Qarabağ məhkumları bəraət alıblar

2021-01-22

gun az article

İranda sünni din xadimi edam edilib

2021-01-22

gun az article

Milli fəal Nasir Xulusi apellyasiya məhkəməsindən bəraət alıb

2021-01-22