Güney Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 650 nəfərə çatıb

2020-04-06 14:19

GünAz TV: İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində koronavirus infeksiyasına yoluxanların sayı 5840 nəfərə çatıb.

 

 

 

Güney Azərbaycanda infeksiyadan ölənlərin sayı isə 654 nəfər olub.  Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Bu əyalətdə keçən 24 saat ərzində daha 79 nəfərdə  koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1976 nəfərə çatdığını bildirib.

 

 

 

O, keçən gün daha 10 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 205 nəfərə çatdığını deyib.  Sominin dediyinə görə, əyalətdə ən yüksək yoluxma faktı Təbriz, Sarab, Mərənd, Şəbistər, Miyana, Marağa, Əhər, Tufarqan və Heris şəhərlərində qeydə alınıb.

 

 

Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində 1075 nəfərin koronavirusa yoluxduğu, 160 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Tibb Universitetinin rəisi Peyman Namdar əyalətdə infeksiyaya yoluxanlardan 723 nəfərinin sağaldığını deyib.

 

 

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 1032 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 75 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayının 76 nəfərə çatdığını, sağalanların sayının isə 500 nəfər olduğunu deyib.

 

 

 

Ərdəbil əyalətində də bu günə kimi 1225 nəfərdən test götürüldüyü deyən Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbəri əlavə edib ki, 588 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha yeddi nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 101 nəfərə çatıb.

 

 

Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 670, xəstəlikdən ölənlərin sayı isə 63 nəfərə çatıb. O, pandemiyanın yayıldığı gündən etibarən 464 nəfərin tam sağaldığını deyib.

 

 

Həmədan Əyalətində isə uzun müddət rəsmilərin statistikaları gizlətdiklərindən sonra yeni rəqəmlər açıqlanıb. Həmədan Tibb Universitetinin rəis müavini Mənuçehr Kərəmi əyalətdə 499 nəfərin koronavirusa yoluxduğunu, onlardan 49 -unun həyatını itirdiyini deyib.

 

Qeyd edək ki, daha öncə Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Muqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu demişdi, lakin xəbər qısa müddət sonra saytlardan qaldırıldı. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. 

 

 

Ekspertlər İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir. Onların fikrincə, İran rəsmiləri statistikanı aşağı göstərməklə böhranı idarə etmədə uğursuz olduqlarını gizlətməyə çalışırlar.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi. 

 

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05