Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 374 nəfərə çatdı / Təbrizdə yoluxanların sayında rekord artım

2020-03-27 12:29

GünAz TV: İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 244 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 3710 nəfərə çatıb.

 

Güney Azərbaycanda infeksiyasından ölənlərin sayı isə 374 nəfər olub.  Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.

 

 

Bu əyalətdə keçən 24 saat ərzində daha 96 nəfərdə  koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi bu rəqəmin epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunduğunu vurğulayıb.

Rəcayi əyalətdə koronavirusa yoluxanların sayının 1190 nəfərə çatdığını bildirib.

 

O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 114 nəfərə çatdığını deyib.  

 

Rəsminin fikrincə Təbriz şəhərində yoluxanların sayı testlərlə aşkarlanan rəqəmdən qat-qat artıqdır. Qeyri-rəsmi mənbələr də İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat yüksək olduğunu bildirir.

 

 

Şərqi Azərbaycan əyaləti və mərkəzi Təbrizdə koronavirusa yoluxanların və infeksiyadan ölənlərin kəskin artmasına baxmayaraq əyalət valisi Məhəmməd Rza Purməhəmmədi  hökumətin önləyici “tədbirlərinin nəticə verməsini” və xəstəliyə yoluxanların sayının azalmasını iddia etmişdi.

 

Qəzvin əyalətində də 794 nəfərin koronavirusa yoluxduğu, 97 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Güney Azərbaycanda virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 566 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən son 24 saatda daha 20 nəfərdə infeksiya aşkarlanıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 43 nəfərə çatıb.

 

 

Ərdəbil əyalətində də 355 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha 28 nəfərdə yoluxma faktı qeydə alınıb.

 

O əlavə edib ki, həmin gün infeksiyaya yoluxan daha beş nəfər canını itirib və beləliklə ölənlərin ümumi sayı 52 nəfərə çatıb.

Fəthinin dediyinə görə, Ərdəbil əyalətində hazırda 360 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

 

Zəncan əyalətində də son rəsmi açıqlamalara görə, infeksiyaya yoluxanların sayı 470, xəstəlikdən ölənlərin sayı isə 39 nəfərdir.

 

Bu rəqəm Həmədanda 335 nəfərdir ki, onlardan 29 nəfəri dünyasını dəyişib.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05