Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 500 nəfərə yaxınlaşır

2020-03-30

GünAz TV: İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 164 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 4280 nəfərə çatıb.

 

Güney Azərbaycanda infeksiyasından ölənlərin sayı isə 462 nəfər olub.  Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.

 

 

Bu əyalətdə keçən 24 saat ərzində daha 82 nəfərdə  koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi əyalətdə koronavirusa yoluxanların sayının 1443 nəfərə çatdığını bildirib.

 

 

O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 139 nəfərə çatdığını deyib.  

 

  

Qəzvin əyalətində də 896 nəfərin koronavirusa yoluxduğu, 124 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Güney Azərbaycanda virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 648 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən son 24 saatda daha 33 nəfərdə infeksiya aşkarlanıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 53 nəfərə çatıb.

 

 

Ərdəbil əyalətində də 398 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha dörd

nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 65 nəfərə çatıb.

 

 

Zəncan əyalətində də son rəsmi açıqlamalara görə, infeksiyaya yoluxanların sayı 540, xəstəlikdən ölənlərin sayı isə 52 nəfərdir.

 

 

 

Həmədan Əyalətində isə son rəsmi məlumat keçən həftə cümə axşamı günü açıqlanıb. Həmin məlumata əsasən, əyalətdə 355 nəfər koronavirusa yoluxub, onlardan 29-ü həyatını itirib.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

“İranın idman məsulları 3 dəfə Traxtur komandasının çempion olmasının qarşısını alıblar”

2020-05-31

gun az article

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

2020-05-31

gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31

gun az article

Qərbi Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq

2020-05-31

gun az article

Zəncanda geyim mağazaları iflas həddindədir

2020-05-31

gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28

gun az article

GünazTV May.28.2020- Düşünməyə Çağrı: Quzey və Güney Azərbaycan Üçün 28 May'ın Önəmi

2020-05-28

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb

2020-05-28

gun az article

Güney Azərbaycanın Ənquran mədəni 98 il talandıqdan sonra turizm mərkəzi olur

2020-05-28

gun az article

“Mis Süngün” komandasının iki oyunçusu koronavirusa yoluxub

2020-05-28