Güney Azərbaycanda koronavirusa yoluxanların sayı 2000 nəfəri keçdi; rəsmilər günahı xalqda axtarır

2020-03-19

GünAz TV: İran rəsmilərinin açıqlamaları Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanların sayının 2083 nəfərə çatdığını göstərir.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi. Buna baxmayaraq, İran rəsmiləri tədbirsizliklərini qəbul etməkdən boyun qaçıraraq faciədə xalqı günahlandırmağa çalışırlar.

 

İran Səhiyyə Nazirinin Müavini İrəc Hərirçi “Səhənd” telekanalına verdiyi müsahibədə azərbaycanlıların kifayət qədər ehtiyatlı olmamalarını iddia edərək “qaydaları riayət etməmələrini” Azərbaycanın müxtəlif şəhərlərində infeksiyanın geniş yayılmasının səbəbi kimi göstərdi.

 

Fevralın 24-də   Qum şəhərinin karantinə alınmasına qarşı çıxaraq onun köhnə üsul olduğunu iddia edən Hərirçi Azərbaycanda “sürətlə yayılan” epidemiyanın qarşısını almaq üçün azərbaycanlıları evdə qalmağa, “ev karantini” şəraitini tətbiq etməyə çağırdı.

 

GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, koronavirus infeksiyasından ölənlərin sayı Güney Azərbaycanda artıq 188 nəfərə çatıb. Bu isə, son 24 saat ərzində Güney Azərbaycanın müxtəlif əyalətlərində daha 18 nəfərin infeksiyasının qurbanı olduğunu göstərir.

Keçən gün ərzində Güney Azərbaycanda 153 yeni yoluxma halı qeydə alınıb.

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 629 nəfərə çatdığını deyib.

 

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 58 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

Somi keçən gün daha 10 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 59 nəfərə çatdığını bildirib.

 

 

Tibb universitetinin rəisi daha öncə bildirmişdi ki, xəstəliyin hazırkı yayılma sürəti ilə aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizi (300,000 nəfər) koronavirusa yoluxmuş olacaq. 

 

 

Güney Azərbaycanın digər bölgələrində də yeni koronavirusa yoluxma halları qeydə alınıb.

 

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 326 nəfərdə infeksiya aşkarlanıb, onlardan 19 nəfəri canını itirib.

 

Beləliklə Qərbi Azərbaycanda keçən 24 saat ərzində 26 yeni yoluxma halı qeydə alınıb, həmin gün daha iki nəfər infeksiyadan ölüb. 

 

Ərdəbil əyalətində də hazırda 400 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin müavini, Məhəmməd Rza Rizayinin dediyinə görə, bunlardan 215 nəfərinin koronavirusa yoluxduğu artıq təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə 27 nəfərə çatıb.

 

Rizayi Ərdəbil koronavirus epidemiyasının “böhran” həddinə çatdığını deyib, gələn günlərdə yeni yoluxmalar dalğasının baş verə biləcəyi haqqında xəbərdarlıq edib.

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə  infeksiyaya tutulanların sayının 261 nəfərə çatdığını bildirib. O, infeksiyadan ölənlərin sayının isə 16 nəfər olduğunu deyib.

 

Qəzvin əyalətində də hələlik 497 nəfərin koronavirusa yoluxduğu, 56 nəfərin həyatını itirdiyi açıqlanıb.

 

Bu rəqəm Həmədanda 155 nəfərdir ki, onlardan 11 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib. 

 

 

Ü.F 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Sərçəm-Ərdəbil magistral yolunda avtomobil qəzası: 1 nəfər yanaraq ölüb

2020-06-01

gun az article

İranın təhlükəsizlik qüvvələri kürd terrorçuları tərəfindən öldürülən azərbaycanlı əsgərlərin anım mərasiminin keçirilməsinə icazə verməyib + VİDEO

2020-06-01

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

2020-06-01

gun az article

Təbriz meri: koronavirusun yayılması yenidən fövqəladə səviyyəyə çatıb

2020-06-01

gun az article

“İranın idman məsulları 3 dəfə Traxtur komandasının çempion olmasının qarşısını alıblar”

2020-05-31

gun az article

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

2020-05-31

gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31

gun az article

Qərbi Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq

2020-05-31

gun az article

Zəncanda geyim mağazaları iflas həddindədir

2020-05-31

gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28