Güney Azərbaycanda növbəti intahara cəhd faktı Zəncanda qeydə alınıb

Güney Azərbaycanda növbəti intahara cəhd faktı Zəncanda qeydə alınıb

GünAz TV: Çərşənbə günü Təbrizdə baş tutmayan iki intihar cəhdindən sonra bu dəfə Zəncanda özünə qəsd faktı qeydə alınıb.

 

Məlumata görə, ötən axşam yerli vaxtla saat 21 radələrində bir yeniyetmə qız Zəncan Ədliyyə Şöbəsinin binası qarşısındakı körpünün üstündən özünü atıb. Bunun nəticəsində şiddətli bədən xəsarəti alan 15 yaşlı qız təcili tibbi yardım maşını ilə Musəvi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

 

Fevralın 28-də Təbrizdə də oxşar hadisə qeydə alınıb. Belə ki, iki 17 yaşlı qız asma körpünün üstündən özünü ataraq intihar etmək istəyib. Qol və ayaqlarının qırıldığı bildirilən qızlar ağır yaralanıb. Onlar İmam Rza Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə verilib.

 

 

Zəncan və Təbrizdə intihara cəhd edən qızların ölüm təhlükəsinin olmadığı bildirilir. Onların özünə qəsd etmə səbəbi hələlik dəqiq olaraq məlum deyil.

 

Şərqi Azərbaycan Polis İdarəsinin İctimai məsələlər üzrə müavini Əli İsməilpur Təbrizdə qeydə alınan intahara cəhd faktını ümumi sözlərlə izah edib. O bildirib ki, valdeynlərin övladlarına nəzarət etməməsi və qızlarla oğlanların virtual aləmdə əlaqə saxlaması belə hadisələrlə nəticələnir.

 

Ekspertlər isə cəmiyyətdə yaranan ümidsizlik, ailədaxili  münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemləri İrandakı intiharların əsas səbəbi kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN