Güney Azərbaycandan “Tara” tamaşası Türkiyədə keçiriləcək festivalda nümayiş etdiriləcək

Güney Azərbaycandan “Tara” tamaşası Türkiyədə keçiriləcək festivalda nümayiş etdiriləcək

GünAz TV: Novruz bayramı günlərində Türkiyə paytaxtı Ankarada keçirilən festivala qatılan “Təçər” tamaşa qrupu bu dəfə “Tara” tamaşası ilə “Ural İzmir” festivalında iştirak edəcək.

 

Tamaşa qrupu iyulun 3-də İzmirdə keçiriləcək festivala dəvət olunub.

 

“Tara” tamaşasının ssenarisi “Dünyada barış” mövzusu əsasında Təbrizdə yazılıb və istehsal olunub. Tamaşanın rejissoru və ssenaristi Behzad Məsumidir.

 

“Təçər” qrupu “Təlxək” tamaşası ilə yazın orta ayında Türkiyədə keçirilən Ayvalıq Festivalına da qatılıb. “Ural İzmir” Festivalı “Təçər” qrupunun son aylarda qatıldığı üçüncü beynəlxalq festival olacaq.

 

“Tara” tamaşasında Kövsər Salehi rejissorun köməkçisi, Elyar Haşimi işıq dizayneri, Şahin Kazımnəjad musiqi və Nima Atefi tamaşanın müdiri kimi festivala qatılacaqlar.

 

“Ural İzmir” tamaşası yayın orta ayında Türkiyənin İzmir şəhərində keçiriləcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN