Güney Azərbaycanın Xiyav şəhəri karantinə alındı +VİDEO

Güney Azərbaycanın Xiyav şəhəri karantinə alındı +VİDEO

GünAz TV: koronavirus infeksiyasının kritik səviyyəyə çatması ilə İran məsulları Güney Azərbaycanın Xiyav (Meşginşəhr) şəhərinin karantinə alınmasına qərar verdilər.

 

Bu haqda Şəhər İcra Hakimiyyətinin başçısı Əkbər Səmədi İranın “Təsnim” xəbər agentliyinə verdiyi müsahibədə deyib.

 

O, “koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Meşginşəhr karantinə alındı və kənar şəhərlərdən heç bir nəqliyyat vasitəsi şəhərə buraxılmayacaq” - deyib və əlavə edib ki, bu məhdudiyyət şənbə günündən etibarən tətbiq olunur.

 

 

 

İran rəsmiləri Xiyavda sözügedən virusa yoluxanların sayı haqqında dəqiq məlumat vermir.

 

Lakin dövlət xəbər agentliyi “İRNA”nın mart 15-də verdiyi məlumata görə Ərdəbil əyalətində 16 nəfər koronavirus infeksiyasından canını itirib, qurbanlardan 11 nəfəri Meşginşəhrdəndır.

 

Azərbaycanın Xiyav şəhərinin karantinə alınması qərarı bir halda verilir ki, İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət səhiyyə ekspertlərinin ciddi xəbərdarlığına baxmayaraq şəhəri karantinə almaqdan imtina etmişdi. Buna görə də qısa müddətdə virus bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüdü.

 

Fevralın 24-də  səhiyyə nazirinin müavini İrəc Hərirçi Qum şəhərinin karantinə alınmasına qarşı çıxaraq onun köhnə üsul olduğunu iddia etmişdi: “Biz karantinə alınma seçənəyini qəbul etmirik. Bu, Birinci Dünya müharibəsindən miras qalmış gərəksiz üsuldur. Çinlilər də tətbiq etdikləri karantinin nəticələrindən razı deyillər.”

 

Ü.F  

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN