Güney azərbaycanlı beynəlxalq dərəcəli hakim Kanadaya mühacirət edib

Güney azərbaycanlı beynəlxalq dərəcəli hakim Kanadaya mühacirət edib

GünAz TV: Akademik avarçəkmə üzrə Güney Azərbaycan və İranda ilk beynəlxalq dərəcəli hakim Əsma Nikvər Kanadaya mühacirət edib.

 

30 yaşlı təbrizli xanım yaşadığı ölkəni tərk edərək Kanayada mühacirət etmək qərarı verib.

 

O bundan əvvəl hakim kimi dünya çempionatı, Asiya çempionatı və Asiya Oyunlarında çıxış edib.

 

Əsma Nikvər 2012-ci il Cənubi Koreyada akademik avarçəkmə üzrə dünya federasiyasının hakimlik səviyyəsi testində iştirak edərək 23 yaşında beynəlxalq dərəcəli hakim statusu qazanıb.

 

Qeyd edək ki, hər il onminlərlə İran vətəndaşı ölkəni tərk edərək xaric ölkələrə üz tutur. Ölkədə fərdi və ictimai azadlıqların məhdud olması, iqtisadi gərginlik, işsizlik, ayrı-seçilik siyasəti və s. kimi amillər ölkə vətəndaşları, o cümlədən ali təhsilli insanlar, sənətkarlar, idmançılar və digər peşə sahiblərinin ölkəni tərk etməsinə təsir göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN