Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözü qarşısında öldürülüb – Təbrizdə

Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözü qarşısında öldürülüb – Təbrizdə

GünAz TV: Təbrizdə noyabr ayında keçirilən etirazlarda iştirak edən azərbaycanlı gənc ata evində ailəsinin gözü qarşısında güllələnərək öldürülüb.

 

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin yaydığı məlumata görə, 23 yaşlı Siyamək Müvəhhid Pir Əlilu Təbrizin Rizvanşəhr məhəlləsinin sakini olub.

 

Onun yaxınları xəbəri təsdiq edərək Siyaməkin Təbrizin “40 metr” məhəlləsində keçirilən etiraz aksiyasında aktiv iştirak etdiyini qeyd ediblər.

 

Yerli etibarlı mənbələrdən verilən məlumata görə, noyabrın 29-da naməlum şəxslər evə hücum çəkərək Siyaməki yaxalamaq istəyib, lakin onlar ailə üzvlərinin müqaviməti ilə üzləşib, nəticədə qarşıdurma yaranıb. Bundan sonra rejimin muzdurları Siyaməki ata və anasının gözü qarşısında güllələyərək qətlə yetiriblər.

 

Digər etibarlı mənbə tərəfindən yayılan məlumata görə, qətlə yetirilən azərbaycanlı gənc “40 metr” məhəlləsində keçirilən etiraz aksiyası zamanı əhalini söyən bir axundla savaşıb, bu səhnə kameralara düşüb”. Mənbə Siyaməkin məhz bu səbəbdən qətlə yetirildiyinə inanır.

 

Deyilənlərə görə, Siyaməkin dəfn mərasimi təhlükəsizlik qüvvələrinin xüsusi nəzarəti altında keçirilib. Müvəhhid ailəsinə yas mərasimi keçirmə və mərasimlə bağlı bildiriş yayma icazəsi də verilməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN