Güney azərbaycanlı idmançı: Nə üçün şəhərə giriş yollarını bağlamırsınız?! – VİDEO

Güney azərbaycanlı idmançı: Nə üçün şəhərə giriş yollarını bağlamırsınız?! – VİDEO

GünAz TV: Tanınmış güney azərbaycanlı idmançı Kərim İsmayılzadə (Kərim Boksor) koronaviris epidemiyasına qarşı görülən tədbirlərlə bağlı Təbriz şəhərinin səlahiyyətli məsullarını tənqid edib.

 

O bu barədə qısa video paylaşaraq fikirlərini yerli məsullar və şəhər əhalisinə çatdırıb.

“Evdə qalın deməklə problem həll oluna bilməz. Şəhərin giriş yolları bağlanmalıdır. Mən özüm bir saat Təbrizin giriş yolunda idim. Orada tıxac yaşanır. Müxtəlif şəhərlər, o cümlədən Məşhəddən Təbrizə səfər edirlər. Belə bir vəziyyətdə evdə qalmağın nə mənası var?!”- deyə o bildirib.

 

Kərim İsmayılzadənin sözlərini aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=22&v=mT-Q5mGNEjg&feature=emb_logo

 

Son rəsmi məlumata görə, hal-hazırda Şərqi Azərbaycan Əyalətində 1094 nəfərdə koronavirus aşkarlanıb, onlardan 105 nəfəri həyatını itirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN