Güney azərbaycanlı məktəbli fars dilinin iddia edilən kimi olmadığı şərh edib

Güney azərbaycanlı məktəbli fars dilinin iddia edilən kimi olmadığı şərh edib

GünAz TV: Güney azərbaycanlı məktəblilərdən biri fars dilinin iddia edilən kimi güclü olmadığı barədə bir mətn yazıb.

 

O müəllimin fars dili və ədəbiyyatı ilə bağlı verdiyi ev tapşırığını yerinə yetirib, lakin reallıqdan çıxış edərək bu dildə yetəri qədər feil olmadığını qeyd edib.

 

Əslində tapşırıq fars dili və ədəbiyyatını tərifləmək məqsədi ilə verilib. Lakin azərbaycanlı şagird öz fikirini olduğu kimi əks etdirib. O qeyd edib ki, əgər türk və ərəb sözləri olmasaydı, fars dili anlaşılmaz vəziyyətdə olardı.

 

6-ci sinifin dərsliyində fars dili və ədəbiyyatını tərifləməklə bağlı bir bölüm var. Bütün müəllimlər bu əsasda şagirdlərə ev tapşırığı verir.

 

 

Qeyd edək ki, İran coğrafiyasında bir çox millət yaşasa da, rejimin irqçi siyasəti nəticəsində onlar təhsil sisteminin bütün pillərində fars dilində təhsil alır. Ana dilində təhsilə qoyulan qadağa qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türkləri tərəfindən hər zaman etirazla qarşılanıb.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN