Güney azərbaycanlı milli-mədəni fəallar zəlzələ bölgəsindən raport hazırlayıb – VİDEO / GÖRÜNTÜ

Güney azərbaycanlı milli-mədəni fəallar zəlzələ bölgəsindən raport hazırlayıb – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Ötən həftə Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, aradan bir neçə gün keçməsinə baxmayaraq təbii fəlakətdən zərərçəkənlərin təxminən heç bir problemi öz həllini tapmayıb.


Güney azərbaycanlı mədəni fəallar dövlətin Allahın ümidinə buraxdığı fəlakət bölgəsinə yardım etməyə çalışır. Onlar bu məqsədlə topladıqları yardımları zəlzələdən zərərçəkənlərə çatdırır. Məlumata görə, artıq Miyananın 140 nəfərlik Hılımsı kəndinə, qızınmaq vasitələri, çörək, konserv və digər zəruri məhsullar çatdırılıb.

 

 


Sarabın Əsbfruşan kəndində isə heyvandarlıqla məşğul olan soydaşlarımız zəlzələ nəticəsində bütün mal-qarasını itirən ailəyə hər biri bir baş qoyun hədiyyə edib.

 

 


Təbii fəlakət bölgəsində kaneks (dəmirdən düzəldilmiş sığınacaq evlər), kabel, yuyucu vasitələr, quru süd, geyim, uşaq bezi, neft, ərzaq və s. kimi məhsullara təcili ehtiyac olduğu bildirilir.


Azərbaycanlı fəallar bütün soydaşlarımızı zəlzələ bölgəsinə yardım etməyə çağırır.
Fəalların hazırladığı videolar bölgənin hansı vəziyyətdə olduğunu az da olsa əks etdirir:


https://www.youtube.com/watch?time_continue=8&v=q4E0lcbraOU&feature=emb_logo


https://www.youtube.com/watch?time_continue=9&v=dzrmRuIOzq8&feature=emb_logo


https://www.youtube.com/watch?time_continue=7&v=FmyDOtjYnpY&feature=emb_logo


https://www.youtube.com/watch?time_continue=7&v=spLArv6NI0A&feature=emb_logo


https://www.youtube.com/watch?time_continue=25&v=0kKtupCopNo&feature=emb_logo


https://www.youtube.com/watch?time_continue=14&v=AfRggx3rhFg&feature=emb_logo


“Traxtur” komandasının Ərdəbil şəhərindən olan tərəfdarları və “Türkmən səhra” türklərinin göndərdiyi yardımlar Vərziğan kəndinə çatdırılıb.


https://www.youtube.com/watch?time_continue=8&v=ltdLY7G3VX0&feature=emb_logo


Urmiyalı sənətkar Abbas Nəcəfpur isə zəlzələdən zərərçəkənlərin kədərini belə təsvir edib:


https://www.youtube.com/watch?time_continue=67&v=2YP3vG9U2DU&feature=emb_logo

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN