Güney azərbaycanlı tanınmış idmançı həbs edilib

Güney azərbaycanlı tanınmış idmançı həbs edilib

GünAz TV: Daha çox  Kərim Boksor  kimi tanınan güney azərbaycanlı tanınmış idmançı Kərim İsmayılzadə həbs edilib.

 

O, ictimaiyyəti kütləvi iğtişaşlara və itaətsizliyə təşviq etmək ittihamı ilə İranın ETTELAAT Nazirliyi tərəfindən həbs edilib.

 

İdmançının harada və hansı şəraitdə saxlandığı, eləcə də sağlamlıq vəziyyəti barədə məlumat yoxdur. Yaxınları bu barədə məlumat əldə etmək üçün müxtəlif qurumlara müraciət etsələr də, heç bir cavab ala bilməyiblər.

 

Qeyd etmək lazımdır ki, son dövrlər güney azərbaycanlı fəallara qarşı təzyiqlər artmaqdadır. İran rejiminin təhlükəsizlik qüvvələri güneyli fəalları müxtəlif saxta ittihamlarla həbs edərək, keçirilən sifarişli məhkəmə prosesləri vasitəsilə uzun müddətli həbs cəzalarına məhkum edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN