Güney azərbaycanlı yazıçı və şair Əli Təbrizlinin anım mərasimi keçiriləcək – Ankarada

Güney azərbaycanlı yazıçı və şair Əli Təbrizlinin anım mərasimi keçiriləcək – Ankarada

GünAz TV: Türkiyə paytaxtı Ankarada tanınmış güney azərbaycanlı yazıçı, şair və araşdırmaçı Əli Təbrizlinin anım mərasimi keçiriləcək.


Tədbir tanınmış mütəfəkkir alimin vəfatının 22-ci ildönümü münasibəti ilə Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü və təşkilatçılığı əsasında keçiriləcək.


Anım mərasimi fevralın 1-i yerli vaxtla saat 13:30-da Azərbaycan Kültür Dərnəyinin Ankaradakı qərargahında baş tutacaq.


Mərasimi Azərbaycan Kültür Dərnəyinin rəisi Cəmil Ünal giriş sözü ilə açacaq. Bundan sonra Dr. Yakub Öməroğlu (Avrasiya Yazarlar Birliyinin gənəl başqanı), Prof. Dr. Nəsib Nəsibli (Ankara Universitetinin elmi heyətinin üzvü), Dr. Kərim Əsğəri (Güney Azərbaycan Milli Hərəkatının fəalı) və Cəlal Rövşən (araşdırmaçı yazar və siyasi fəal) geniş məruzə ilə çıxış edəcəklər.


Çıxışçılar Əli Təbrizli və onun türkçülük düşüncəsi mövzusu ətrafında danışacaq.


Əli Təbrizli 1929-cu il iyunun 25-də Təbriz şəhərində dünyaya göz açıb, o 1998-ci il fevralın 2-də Tehranda vəfat edib.


15 yaşında Tehrana köçən Əli Təbrizli uzun müddət cəhddən sonra yaşadığı şəhərdə Atropat Nəşr Evini təsis etmişdir.


Aşağıdakı elanda anım mərasiminin keçiriləcəyi adres qeyd olunub. Maraqlananlar şənbə günü saat 13:30-da həmin adresə müraciət edə bilərlər.

 


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN