Güney azərbaycanlı yazıçı və şair Məhəmməd Məleknəjad vəfat edib

Güney azərbaycanlı yazıçı və şair Məhəmməd Məleknəjad vəfat edib

GünAz TV: Güney azərbaycanlı tanınmış yazıçı və şair Məhəmməd Məleknəjad ürək xəstəliyindən vəfat edib.

 

Əslən Miana şəhərindən olan mərhum şair ömrünün son illərini Qum şəhərində yaşayıb. Şənbə günü vəfat edən M.Məleknəjadın dəfn mərasimi oktyabrın 27-də keçirilib.

 

Tanınmış azərbaycanlı yazıçının bir müddət əvvəl “Boğanaq” adlı romanı işıq üzü görüb. Türk dilində yazılan romanda dünyadakı ədalətsizlik, zülm və mühacirlərin yaşadığı müsibətlər təsvir olunub.

 

“Boğanaq” romanı Güney Azərbaycanda son illərdə qələmə alınmış ən yaxşı ədəbi əsərlərdən biri kimi qiymətləndirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN