Güney azərbaycanlı yeniyetmələr beynəlxalq rəsm yarışmasında diplomla təltif olunub

Güney azərbaycanlı yeniyetmələr beynəlxalq rəsm yarışmasında diplomla təltif olunub

GünAz TV: Ərdəbil Əyalətinin Uşaq və Yeniyetmələrin İntellektual İnkişafı Mərkəzinin iki üzvü Bolqarıstanda keçirilən beynəlxalq rəsm yarışmasında fəxri diplom qazanıb.

 

“Montana” Beynəlxalq Rəsm Yarışması "Xalqımın Musiqisi və Rəqsi" mövzusunda Bolqarıstanda keçirilib, ərdəbilli yeniyetmələr Azərbaycanın milli rəqsi və aşıq musiqisini əks etdirən rəsm əsərləri ilə çıxış ediblər.

 

Bu barədə jurnalistlərə Ərdəbil Əyalətinin Uşaq və Yeniyetmələrin İntellektual İnkişafı Mərkəzinin baş direktoru Zəfər Əhədzadə danışıb.

 

“34 ölkənin və 2011 əsərin iştirakı ilə keçirilən yarışmada Ərdəbildən 11 yaşında olan Anahita İmani və 14 yaşlı Kosər Yazdanpərəst fəxri diplom qazanıb. Mərkəzə yarışmaya qatılmaq üçün 640 əsər yollanılıb. Lakin Ərdəbil əyalətinin uşaq və yeniyetmələrinə aid 61 rəsm əsəri yarışmada iştirak edib. Bu ilin əvvəlindən 11 üzv Beynəlxalq diplom və fəxri adlara layiq görülüb.” – deyə Z.Əhədzadə sözlərinə əlavə edib.

Qeyd edək ki, Bolqarıstan Beynəlxalq Rəsm Yarışmasında dünyanın 34 ölkəsindən yarışmaçı iştirak edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN