Güney azərbaycanlı ziyalılar və tanınmış fəallar İran həbsxanalarında həbsdə olan fəallarla bağlı Ümumdünya Səhiyyə Təşkilatı və BMT-yə müraciət edib

2020-03-27 11:12

GünAz TV: Bir qrup güney azərbaycanlı ziyalı və tanınmış fəal İran həbsxanalarında həbsdə olan fəallarla bağlı Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana məktub ünvanlarıb.


Məktubda koronavirus infeksiyasının İran həbsxanalarında yayılması barədə xəbərdarlıq edirərək güney azərbaycanlı siyasi məhbusların müvəqqəti sərbəst buraxılması tələb olunub.


ƏRK- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin təşəbbüsü ilə hazırlanan məktub müxtəlif ölkələrdə yaşayan azərbaycanlı ziyalılar tərəfindən imzalanıb. Lakin müəyyən mülahizələrə görə onların adı açıqlanmayıb.


Məktub türk, ingilis və fars dillərində yazılıb.


“Biz sizin diqqətinizi İran həbsxanalarında koronavirus təhlükəsi ilə üz-üzə qalan azərbaycanlı əqidə və vicdan məhbuslarına çəkmək istəyirik. Onlar ətraf mühiti müdafiə etdiklərinə və ana dilində təhsil almaq hüququ ilə bağlı dinc mübarizə apardıqlarına görə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” kimi uydurma ittihamlarla həbs olunub. Bu bəhanə ilə onların müvəqqəti sərbəst buraxılmasına icazə verilmir.


İran rəhbəri, həmçinin Məhkəmə Sisteminin rəisi koronavirus epidemiyası ilə bağlı məhbusların müvəqqəti olaraq sərbəst buraxılması haqda qərar qəbul edib, lakin bu qərar bütün məhbuslara şamil edilmir. Qərarda qeyd olunub ki, 5 il və daha çox həbs cəzası olan məhbuslar ölkənin təhlükəsizliyi ilə bağlı sərbəst buraxıla bilməz.


Tanınmış vəkil cənab Məhəmmədrza Fəqihi bu barədə bir məqalə yazaraq verilən qərarın hüquqi baxımdan əsassız olduğunu bildirib. O qeyd edib ki, 5 ildən çox həbs cəzası olan məhbusların sərbəst buraxılması üçün yaradılan mane heç bir qanuna əsaslanmır.


Biz sizin diqqətinizi bu məsələyə çəkmək istəyirik. Ərdəbil zindanında həbs edilən Abbas Lisaninin sağlamlıq durumu yaxşı deyil. O həbsxanada koronavirusa yoluxa bilər. Siz bu məsələyə ciddi şəkildə müdaxilə etməsəniz, İran məsulları onu azad etməyəcək.”- deyə məktubun bir hissəsində qeyd olunub.


Azərbaycanlı ziyalılar Ərdəbil zindanında saxlanılan fəallar Mojqan Siyami və Yusif Kari, Rəcayişəhr zindanında məhbus həyatı yaşayan Lətif Həsəni, Tehranın Evin zindanında həbs edilən Tövhid Əmir Əmini, Kazım Səfabəxş, Cəfər Rüstəmirad, Əlirza Fərşi, Ehsan Şokrxudayi və xanım Zeynəb Həmrəng, Marağa zindanında saxlanılan Əkbər Əzizi, Urmiya zindanında saxlanılan xanım Məlihə Bərqi Sadiqyani, eləcədə Təbriz həbsxanasında məhbus həyatı yaşayan Əmir Vəlipur, Əmir Səttari və Məhəmməd Əbdulməhəmmədzadənin koronavirus təhlükəsi ilə üz-üzə qaldığını vurğulayıblar.


Məktubda Tehranın Evin zindanının 4-cü korpusunda koronavirusun yayıldığı barədə məlumat olduğu bildirilib. Qeyd olunub ki, bu korpusda saxlanılan Tövhid Əmir Əmini və Kazım Səfabəxşin sağlamlığı xüsusi nigaranlıq doğurur. Hətta əldə edilən müəyyən məlumatlara əsasən Tövhid Əmir Əmininin koronavirusa yoluxduğu və hazırda karantinə alındığı ehtimal olunur.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05

gun az article

GünazTV Ayg.04.2020-Özümüz: Qacarlar: Naserəddin Şah Dönəmi

2020-08-04

gun az article

GünazTV Aug.04.2020 -GÜNDƏM MASASI: ermənistanın İşğal siyasətində erməni kilsəsi və diasporasının rolu

2020-08-04

gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04