Güneylı kinorejissor var gücü ilə yanğını söndürməyə çalışan qaradağlı gənci bu sözlərlə alqışlayıb

Güneylı kinorejissor var gücü ilə yanğını söndürməyə çalışan qaradağlı gənci bu sözlərlə alqışlayıb

GünAz TV: Avqust ayında Qaradağ meşələrind baş verən yanğını var gücü ilə söndürməyə çalışan qaradağlı gənc tanınmış güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin diqqətini çəkib.

 

Kinorejissor Sirus Fəllahın bu addımını əhali tərəfindən “fədakar əkinçi” adı verilən məşhur Rizəli Xacəvi ilə müqayisə edib.  Güney azərbaycanlı “fədakar əkinçi” vaxtı ilə qatarın dağdan yola düşən daşlarla toqquşmasının qarşısını almaq üçün xüsusi fədakarlıq göstərmişdir.

 

Kinorejissor qaradağlı gənclə bağlı öz səhifəsində belə yazıb:

“Bu gün Əhər sakini məşhur azərbaycanlı fotoqraf cənab Səid Qasiminin (Qaradağ meşələrində baş verən yanğınla bağlı məlumatı işıqlandırmaqda böyük rol oynayıb) yardımı ilə Sirus adlı cəsarətli bir gəncin görüşünə getdik. “Fədakar əkinçi” kimi Qaradağ meşələrində baş verən yanğını söndürməkdə xüsusi fədakarlıq göstərən gəncin etdiyi işləri öz dilindən eşitdik.”

 

Qaradağ kəndlərindən olan Sirus Fəllah əkinçilik və heyvandarlıqla məşğuldur. O ötən günlərdə Qaradağ meşələrində baş verən yanğını söndürmək üçün imkansızlıqdan öz köynəyini çıxardıb, onunla alovu söndürməyə çalışıb. Bu səhnə fotoqraf Səid Qasiminin kamerasına düşüb.

 

Ötən günlərdə Qaradağ meşələrində baş verən yanğın hadisəsi əraziyə su çiləyən helikopterlər göndərilmədiyindən bir həftə davam edib və yüzlərlə hektar meşə sahəsinin yanaraq sıradan çıxmasına səbəb olmuşdur. Bu məsələ güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN