Güneylilərin “Səni deyirlər” Kampaniyasına müğənni Çinarə Məlikzadə də qoşulub - VİDEO

Güneylilərin “Səni deyirlər” Kampaniyasına müğənni Çinarə Məlikzadə də qoşulub - VİDEO

GünAz TV: Azərbaycan Respublikasından olan tanınmış müğənni Çinarə Məlikzadə güney azərbaycanlıların başlatdığı “Səni deyirlər” Kampaniyasına qoşulub.

 

Güney Azərbaycana hər zaman xüsusi məhəbbət bəsləyən müğənni “Səni deyirlər” mahnısını oxuyaraq axına qoşulub.

 

Çinarə Məlikzadə sosial şəbəkələrdə, xüsusi ilə də İnstaqramda olduqca fəaldır, o davamlı olaraq Azərbaycan mədəniyyət və musiqisini təbliğ edir.

 

Son günlərdə bütün Güney Azərbaycan şəhərləri və Tehranda yaşayan türklər evlərində, küçədə, məktəbdə, stadionda, iş yerlərində “Səni deyirlər” mahnısının sədaları altında böyük coşğu ilə rəqs etdikləri videoları kütləvi şəkildə sosial şəbəkələrdə paylaşırlar. Mahnıda Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri  Urmiyə və gölü vəsf edilir. Soydaşlarımız bu mahnının sədaları altında rəqs etməklə İranda Türk dilinin sıxışdırılmasına və Urmu gölünün qurudulmasına etiraz bildirirlər.

 

Başladılan rəqs kampaniyasına quzey azərbaycanlılar da qoşulur. Tanınmış simalardan tutmuş sadə vətəndaşlara kimi bir çoxları bu axına dəstək verir.

 

"Səni deyirlər" mahnısının ifaçısı İbrahim (Ətabək) Əlizadə ötən günlərdə məşhur mahnını oxumaqdan məqsədini Azərbaycan Respublikasının ATV Telekanalına açıqlayıb.

“Mənim bu mahnını oxumaqda əsas məqsədim əhalidə xoş anlar və şənlik yaratmaq olmayıb, Məqsəd Urmu gölü böhranı haqda mesaj vermək və türk dilini qiymətləndirməkdən ibarət olub. İstədim ki, (Güney) Azərbaycanda türkcə mahnılar oxunsun və dinlənilsin. Biz türkük, insanlar türk mahnıları ilə dil və milli kimliklərini qoruyurlar. Bu mahnı 30 il əvvəl yazılıb, mən əksər toylarda onu oxuyuram və heç bir siyasi xarakter daşımır. İfaçının oxuma tərzi xüsusi əhəmiyyət daşıyır, mən öz ifamda Urmu gölünün qurudulmasına xüsusi təkid etmişəm”- deyə o bildirib.

 

İ.Əlizadə əlavə edib ki, “Mən mesajımı çatdırmağa çalışdım. Urmu gölü biz azərbaycanlılar üçün olduqca önəmlidir, bizim gözümüzün işığıdır, onu gördükcə kövrəlirik...”

 

https://www.youtube.com/watch?time_continue=1&v=bUueuCTvqww

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN