Hadi Bahaduri terror qruplaşmalarını dəstəkləyən kürd millət vəkillərini sərt tənqid edib

2019-10-18 16:32

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri PKK/YPG-PYD terror qruplaşmalarını dəstəkləyən İran parlamentinin kürd kökənli deputatlarını sərt tənqid edib.

 

“Məclis və Azərbaycan” agentliyinin yaydığı məlumata görə, “Barış pınarı” əməliyyatına ikinci dəfə münasibət bildirən millət vəkili terrorçu qruplaşmaların tərəfdarlarına kəskin mesajlar ünvanlayıb.

 

“Bizim ölkəmizin əsas prioriteti terrorizm və terrorçu qruplaşmalara qarşı mübarizdən ibarətdir. Son 10-15 il ərzində Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən terrorçu qruplaşmalar islam inqilabının birinci illərində “Komelə” və “Demokrat” adları ilə cinayət törədirdilər. Bu gün isə terrorçular İŞİD, “Əl-Qaidə”, “Pejak” və PKK şəkilində meydana çıxıb. Bütün hallarda bizim üçün əsas məsələ onlara qarşı mübarizə aparmaqdır.

Təəssüflər olsun ki, bəzi həmkarlarımız hələlik məqsədi tam aydın olmayan açıqlamalarla çıxış etdilər. Lakin onlar bizim sərhədçilərimiz günahsız yerə öldürüləndə və ya terrorçular  parlamentimizə hücum etdiyi zaman bu şəkildə çıxış etmədilər!”- deyə o bildirib.

 

Hadi Bahaduri kürd millət vəkillərinə xitabən vurğulayıb ki, “ümumi götürəndə bəzi deputatların davranışı anlaşılmazdır. Onlar Suriyada baş verən hadisələrdən danışır, lakin terrorçuları pisləmirlər. Bu başa düşülən deyil.”

 

Hadi Bahaduri ötən günlərdə də Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına münasibət bildirmişdir. O Twitter səhifəsində paylaşdığı postda qeyd etmişdir ki, “İŞİD və ya PKK, fərqi yoxdur. Terrorçular və tərəfdarları məhv olmalıdır. Mən özüm terrorun acısını dadmışam.”

 

Bundan əvvəl Urmiyanın digər millət vəkilləri Ruhulla Həzrətpur və Nadir Qazipur, həmçinin Mərənd və Culfanın millət vəkili Məhəmməd Həsənnəjad oxşar mövqe sərgiləyərək Suriyanın şimalındakı terror qruplaşmalarının fəaliyyətini pisləyib, qruplaşmalara dəstək nümayiş etdirən İran parlamentinin deputatlarına öz etirazlarını bildirmişdilər.

 

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhəddini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Jan.26.2021 : "Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

2021-01-26

gun az article

İsrail ilə “əlaqə”də ittiham olunan çox sayda xristiyan iranlı həbs edilib

2021-01-26

gun az article

Sərəskənd əhalisinin 26%-i savadsızdır

2021-01-26

gun az article

Həmədan və Əhər şəhərlərində 59 kg uyuşdurucu maddə aşkarlanaraq götürülüb

2021-01-26

gun az article

Təqaüdçülər Təbriz, Zəncan və Urmu şəhərlərində etiraz aksiyasıları keçiriblər

2021-01-26

gun az article

Təbrizin havası bütün yaş qrupları üçün təhlükəlidir

2021-01-26

gun az article

Mədəni fəal Vəli Zöhrabi saxlanılaraq yeddi saat dindirilib

2021-01-26

gun az article

Türkmən millət vəkili məktəblərdə ana dilinin (türkməncə) tədris olunmasını istəyib+video

2021-01-26

gun az article

Türkiyənin “Anadolu Xəbər Agentliyi” Güney Azərbaycandan xəbər verir; Azərbaycan türk ailəsi övladının şəxsiyyət vəsiqəsini almaq üçün bir neçə aydır mübarizə aparır+video

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: PARLAQ GƏLƏCƏK: Qeyri-Fars Millətlərə Qarşı Ayrıseçkiliyin Yeni Dalğası

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25

gun az article

Marağa-Sərəskənd yolunda baş verən qəzada 8 nəfər ölüb və yaralanıb

2021-01-25

gun az article

İranın Mədəni İrs nazirliyi Əhərin qayaüstü yazıları və qədim mağaralarına yiyə durmur+fotolar

2021-01-25

gun az article

Binab Azad Universitetinin müəllim heyəti və işçiləri etiraz aksiyası keçirib

2021-01-25

gun az article

Yusif kari ilə görüş; güneyli milli-mədəni fəalın qısa bioqrafiyası+video

2021-01-25

gun az article

Təbrizdə silahlı hücum nəticəsində dövlət məmuru öldürülüb

2021-01-25

gun az article

Traxtur komandasının qələbəsi əlbəyaxa davaya çevrilib-Traxturun qapıçısı xəstəxanaya yerləşdirilib+video,fotolar

2021-01-24

gun az article

Çaldıranda 3 antik əşya qaçaqmalçısı həyatını itirib

2021-01-24