Hadi Bahaduridən Təcili Tibbi Yardım Mərkəzinin kürddilli işçisinin irqçi hərəkətinə cavab: Urmiyə sakinlərinin türkcə öyrənməsi lazımdır

Hadi Bahaduridən Təcili Tibbi Yardım Mərkəzinin kürddilli işçisinin irqçi hərəkətinə cavab: Urmiyə sakinlərinin türkcə öyrənməsi lazımdır

GünAz TV: Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri azərbacanlı xəstənin türkcə danışdığına görə Təcili Tibbi Yardım Mərkəzinin ambulansından endirilməsinə reaksiya verib.

 

O bu barədə İnstaqram səhifəsində bir post paylaşıb.

 

“Urmiyə sakinləri, xüsusi ilə xidmət sahəsində fəaliyyət göstərən orqanlar, o cümlədən bank, tibb və təhsil müəssisələrinin işçiləri, hətta əsnafların Azərbaycan türkcəsini öyrənməsi lazımdır.”- deyə postda qeyd olunub.

 

 

İyulun 29-da Urmiyə şəhərində Təcili Tibbi Yardım Mərkəzinin yerli olmayan kürd kökənli işçisi farsca danışa bilməyən bir türkü ambulansdan endirib. İrqçi hərəkətə yol verən işçi xəstəni xəstəxanaya çatdırmaqdan imtina edib.

 

Məlumata görə, xəstə farsca danışa bilmədiyindən və problemini türk dilində anlatdığı üçün Təcili Tibbi Yardım Mərkəzi işçisinin qeyri-insani və məsuliyyətsiz reaksiyası ilə üzləşib.

 

Tibbi Yardım Mərkəzinin işçisi xəstə və onu müşayiət edən qohumları ilə mübahisə etdikdən sonra onları Urmiyənin Xürrəmşəhr xiyabanında ambulansdan endirib.

 

Bəzi Azərbaycan Teleqram kanalları irqçiliyə yol verən şəxsin adının Rza Rizvanpur olduğunu, Urmiyənin İqbal Tibb Mərkəzində çalışdığını yazıblar.

 

Soydaşlarımız Təcili Tibbi Yardım Mərkəzinin işçisinin bu hərəkətini kəskin şəkildə pisləyərək onun cəzalandırılmasını tələb ediblər. Baş verən irqçi hadisəyə iki gün əvvəl Urmiyənin digər millət vəkili Nadir Qazipur da sərt reaksiya verib.

 

https://www.youtube.com/watch?time_continue=11&v=S-Ttqw9zWOg

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN