Həkimə Əhmədi aclıq aksiyası nəticəsində xəstəxanalıq olub

Həkimə Əhmədi aclıq aksiyası nəticəsində xəstəxanalıq olub

GünAz TV: Mayın 12-də saxlandığı Marağa zindanında aclıq aksiyasına başlayan azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi artıq xəstəxanalıq olub, onun qaraciyər funksiyasının ağır dərəcədə pozulduğu bildirilir.

 

Azərbaycanlı fəal mayın 20-i, aclıq aksiyasının 9-cü günündə aclığa son qoymalı olub.

 

Fəal qanunsuz saxlanması, zindan məsullarının qanunazidd davranışları və həbsxananın Darul-Quran mərkəzi tərəfindən onunla bağlı zindan rəhbərliyinə göndərilən raporta etiraz olaraq aclığa başlamışdır.

 

“Herana” agentliyi etibarlı bir mənbəyə istinadən qeyd edib ki, həbsxananın həkimləri aclıq aksiyasına görə Həkimə Əhmədinin qaraciyərinin sıradan çıxdığına dair diaqnoz qoyub. O aclıq aksiyasını dayandırmalı olub, sonra təhlükəsizlik qüvvələrinin nəzarəti altında xəstəxanaya aparılıb. Həkimlər onun yaxın günlərdə cərrahi əməliyyat olacağını bildirib.

 

Deyinlərə görə, zindan məsulları xəstəxana və müalicə xərcinin Həkimə Əhmədi və ailəsi tərəfindən təmin olacağını bildirib, bu barədə hər hansı məsuliyyət daşımadıqlarını vurğulayıblar.

 

Mərənd sakini olan milli-mədəni fəal ötən il oktyabr ayında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o aradan 7 aydan çox keçməsinə baxmayaraq hələ də  həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də Mərənd şəhərində saxlanılaraq naməlum istiqamətə aparılmışdır.

Evə daxil olan təhlükəsizlik qüvvələri Həkimə Əhmədinin həyat yoldaşını silahla təhdid edərək evdə axtarış aparıb və fəalı yaxalamışdılar.

 

Azərbaycanlı fəal yeni saxlandığı zaman Mərənd Ettelaat İdarəsinin təcridxanasında işgəncəyə məruz qalıb, qabırğa və barmaqları ağır xəsarət alıb. 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılan fəal noyabrın 2-də yenidən saxlandığı təcridxanaya qaytarılıb.

 

Məhkəmə “Sepah”ın təhlükəsizlik bölümü tərəfindən araşdırılan dosyenin təkmilləşdirilməsi bəhanəsi ilə Həkimə Əhmədinin azadlığa buraxılması haqda vəsiqə qərarı çıxarmaqdan imtina edir. Dosyenin təkmilləşməməsinə baxmayaraq ona “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” və  “qanunsuz qrup və dəstələr yaratmaq” ittihamları ilə üzləşdiyi bildirilib.

 

Həkimə Əhmədi azadlıqda olarkən ana dilində təhsil hüququ ilə əlaqədar fəaliyyət göstərib. İki uşaq anası olan fəalın sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin mədəni fəallarından biridir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN